Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 14:1—22

MÜNDƏRİCAT

  • Quraqlıq, aclıq, qılınc (1—12)

  • Saxta peyğəmbərlərə ittiham (13—18)

  • Xalq günahını etiraf edir (19—22)

14  Quraqlıq barədə+ Ərəmyaya nazil olan Yehovanın sözü budur:   Yəhuda yas tutur,+ darvazaları çürüyüb, Qəmgin-qəmgin yerə çöküb.Yerusəlimin fəryadı ərşə qalxır.   Ağalar nökərləri su dalınca göndərir. Onlar quyu başına gedir, amma su tapmırlar. Boş küplərlə qayıdırlar, Utanırlar, pərişandırlar,Başlarını örtürlər.   Torpaq cadar-cadardır,Çünki ölkədə yağış kəsilib,+Əkinçilər çaşqınlıq içindədir, başlarını örtüblər.   Çöldəki maral da balasını doğub atır,Çünki ot yoxdur.   Çöl eşşəyi çılpaq təpələrdə durub. Çaqqal kimi tövşüyür,Gözləri tutqunlaşıb, çünki ot yoxdur.+   Hərçənd öz təqsirlərimiz əleyhimizə şəhadət edir,Ey Yehova, adın naminə hərəkətə keç.+ Dəfələrlə xəyanət etmişik,+Sənə qarşı günah eləmişik.   Ey İsrailin ümidgahı, dar günündə nicatı!+Niyə bu ölkədə yad kimisən?Niyə ancaq gecələmək üçün ayaq saxlayan yolçu kimisən?   Nə üçün karıxmış adam kimisən?Sanki, xalqını qurtara bilməyən igidsən. Sən, ey Yehova, bizim aramızdasan,+Adını daşıyırıq.+ Tərk etmə bizi. 10  Yehova bu xalq barədə belə deyir: «Onlar dərbədər gəzməyi sevirlər,+ ayaqları bir yerə yığılmır.+ Yehova onlardan narazıdır.+ İndi təqsirlərini yada salıb, günahlarına görə onlardan haqq-hesab istəyəcək».+ 11  Yehova mənə dedi: «Bu xalqın rifahı üçün dua etmə.+ 12  Onlar oruc tutsalar da, yalvarışlarını eşitmirəm,+ gətirdikləri yandırma qurbanlarını, taxıl təqdimələrini qəbul etmirəm.+ Mən onları qılıncla, aclıqla, azarla qıracağam».+ 13  Onda mən dedim: «Ah, Külli-İxtiyar Yehova! Gör peyğəmbərlər xalqa nə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Mən, Allah sizə bu yerdə əmin-amanlıq verəcəyəm”».+ 14  Yehova mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalandan peyğəmbərlik edir.+ Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam, onlarla danışmamışam.+ Sizə söylədikləri şeylər yalan vəhylərdir, falçılıqdır, cəfəngiyatdır, öz uydurmalarıdır.+ 15  Ona görə də Yehova deyir: “Göndərmədiyim halda, Mənim adımdan danışan, ölkədə qılınc, aclıq olmayacaq deyən peyğəmbərlər qılınc və aclıqdan məhv olacaqlar.+ 16  Onların peyğəmbərlik etdiyi insanların da cəsədi aclıq və qılınc üzündən Yerusəlim küçələrinə atılacaq, nə onların özlərini, nə arvadlarını, nə oğullarını, nə də qızlarını basdıran olmayacaq.+ Layiq olduqları bəlanı başlarına gətirəcəyəm”.+ 17  Onlara belə de:“Gecə-gündüz göz yaşım sel olub axsın, dayanmasın,+Xalqım, o bakirə qız ağır zərbə aldı,+Yaralandı, darmadağın oldu. 18  Çölə gedirəm,Qılınc qurbanlarını görürəm!+ Şəhərə girirəm,Aclıqdan üzülənləri görürəm!+ Peyğəmbər də, kahin də yad ölkədə dolaşır”».+ 19  Sən Yəhudanı birdəfəlik rədd etmisən? Siona nifrət edirsən?+ Niyə bizi cəzalandırdın? Dərdimizə çarə yoxdur.+ Sülh gözləyirdik, qabağımıza xeyir çıxmadı,Şəfa gözləyirdik, dəhşət gördük.+ 20  Ey Yehova, şər əməllərimizi,Ata-babalarımızın təqsirlərini etiraf edirik,Sənə qarşı günah etmişik.+ 21  Öz adın naminə bizi rədd etmə,+Əzəmətli taxtından üz çevirmə. Bizimlə kəsdiyin əhdi yada sal, onu pozma.+ 22  Xalqların puç bütlərindən hansı biri yağış yağdıra bilər?Göylər özbaşına leysan tökə bilərmi? Buna təkcə Sən qadirsən, ey Allahımız Yehova!+ Ümidimiz Sənədir,Çünki bunları edən Sənsən.

Haşiyələr