Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 55:1—13

MÜNDƏRİCAT

  • Havayı yeməyə dəvət (1—5)

  • Yehovanı və sözünü axtarın (6—13)

    • Allahın yolları insan yollarından ucadır (8, 9)

    • Allahın sözü məqsədinə çatacaq (10, 11)

55  Ey susayanlar,+ gəlin, gəlin su kənarına!+ Ey pulu olmayanlar, gəlin, götürün, yeyin! Haydı, gəlin, şərabı, südü pulsuz-parasız alın.+   Niyə çörək olmayan şeyə pul verirsiniz,Niyə qazancınızı qarnı doydurmayan şeylərə xərcləyirsiniz? Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin,+Qoy canınız ləziz təamlardan ləzzət alsın.+   Mənə qulaq verin, yanıma gəlin.+ Qulaq asın ki, sağ qalasınız.Onda sizinlə əbədi əhd bağlayacağam,+Davuda göstərdiyim sarsılmaz məhəbbətlə həmahəng bir əhd.+   Budur! Mən onu xalqlara şahid+,Ümmətlərə öndər+ və sərdar+ etmişəm.   Budur! Sən tanımadığın xalqı çağıracaqsan.Xalqın içindən səni tanımayanlar Allahın Yehovanın+,İsrailin Müqəddəsinin xatirinə qaça-qaça yanına gələcək.Çünki O, səni şan-şöhrətə yüksəldəcək.+   Nə qədər ki tapmağa imkan var, Yehovanı axtarın.+ Hələ ki O yaxındadır, Onu çağırın.+   Qoy pis adam pis yolunu,Şər adam şər fikirlərini atsın.+Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər.+Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər.+   Yehova bəyan edir: «Mənim fikirlərim sizin fikirləriniz deyil,+Mənim yollarım sizin yollarınız deyil.   Göylər yerdən nə qədər ucadırsa,Mənim yollarım sizin yollarınızdan,Mənim fikirlərim, sizin fikirlərinizdən o qədər ucadır.+ 10  Yağış və qar göydən yerə yağır,Torpağı islatmamış, onu barlı-bəhərli etməmiş,Əkinçiyə toxum, yeyənə çörək verməmiş geri qayıtmır. 11  Ağzımdan çıxan söz də belə olacaq.+ O, yanıma əliboş qayıtmayacaq,+Əksinə, istəyimi hökmən həyata keçirəcək,+Onu göndərdiyim məqsədə mütləq nail olacaq. 12  Siz sevinə-sevinə çıxacaqsınız,+Sağ-salamat yurdunuza qayıdacaqsınız.+ Dağlar, təpələr önünüzdə şadlanacaq, sevincdən cuşa gələcək,+Bütün ağaclar əl çalacaq.+ 13  Tikan yerinə ardıc ağacı,Gicitkən yerinə mərsin bitəcək.+ Bu, silinməz, əbədi nişan olubYehovaya şan-şöhrət gətirəcək!»+

Haşiyələr