Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 3:1—26

MÜNDƏRİCAT

  • Rəhbərlər xalqı yoldan çıxarır (1—15)

  • Sionun ədalı qızlarına hökm (16—26)

3  Budur, Rəbb, ordular Allahı YehovaYerusəlimlə Yəhudadan hər cür dayağı, təminatı,Çörəyi və suyu kəsəcək,+   İgidi və cəngavəri,Hakimi, peyğəmbəri+, falçını, ağsaqqalı,   Əllibaşını+, əyanı, məsləhətçini,Usta sehrbazı, püxtə cadugəri yox edəcək.+   Onların üzərinə uşaqları başçı qoyacağam,Səbatsızlar onlara rəhbərlik edəcək.   İnsan insana,Yoldaş yoldaşa zülm edəcək.+ Uşaq qocaya qarşı,Rəiyyət möhtərəm adama qarşı azğınlıq edəcək.+   Hər kəs atasının evindəki qardaşını tutub deyəcək: «Sənin əynində əba var, gəl bizə başçı ol. Qoy bu xarabalıqlar sənin ixtiyarında olsun».   Qardaşı isə o gün etiraz edib deyəcək: «Mən yaranızı sarıya bilmərəm.Evimdə nə çörək var, nə də libas, Məni xalqın üzərinə başçı qoymayın».   Yerusəlim büdrədi,Yəhuda yıxıldı,Çünki sözləri də, əməlləri də Yehovaya qarşıdır,Calal Sahibinin önündə dikbaşlıq edirlər.+   Sifətləri əleyhlərinə şəhadət edir.Onlar Sədum kimi öz günahlarını car çəkirlər,+Bunu gizlətmirlər. Vay onların halına! Özləri öz başlarına bəla gətirirlər. 10  Salehlərə deyin, xoş onların halına,Əməllərinin bəhrəsini görəcəklər.+ 11  Pis adamınsa vay halına! Başına bəla gələcək,Əməlləri qabağına çıxacaq! 12  Xalqımı qul kimi işlədirlər,Xalqımı qadınlar idarə edir. Ey xalqım, rəhbərləriniz sizi yoldan çıxarır,Sizi azdırır.+ 13  Yehova xalqları mühakimə etmək,Hökmünü onlara bildirmək üçün ayağa qalxır. 14  Yehova xalqının ağsaqqallarına, başçılarına hökm kəsəcək. «Siz üzümlüyü yandırıb külə çevirdiniz,Yoxsulları talayıb evlərinizi doldurdunuz.+ 15  Hansı cürətlə xalqımı əzirsiniz,Fəqirlərə olmazın zülm edirsiniz?»+ — deyir Külli-İxtiyar Sahibi, ordular Allahı Yehova. 16  Yehova deyir: «Madam ki Sion qızları qürrəlidir,Başını dik tutub gəzir,Göz-qaş oynadır, əda ilə yeriyir,Ayağındakı xal-xalları cingildədir, 17  Yehova da Sion qızlarının başına qotur salacaq.Yehova onların alnını çılpaq qoyacaq.+ 18  O gün Yehova onların bər-bəzəkli xal-xallarını,Baş bəzəklərini*, aypara şəkilli zinətlərini+ dartıb qoparacaq. 19  Sırğalarını, qolbaqlarını, örpəklərini, 20  Şallarını, ayaq bəzəklərini, kəmərlərini,Ətir mücrülərini, həmaillərini, 21  Üzüklərini, burun halqalarını, 22  Bayram libaslarını, üst paltarlarını, xələtlərini, çantalarını, 23  Əl güzgülərini,+ kətan paltarlarını,Çalmalarını, örtüklərini əllərindən alacaq. 24  O gün balzam yağının+ ətri yerinə üfunət qoxacaq,Kəmər yerinə kəndir,Saç düzümü yerinə keçəllik,+Bahalı libas əvəzinə çul,+Gözəllik yerinə damğa olacaq. 25  Kişiləriniz qılıncdan keçiriləcək,İgidləriniz döyüşdə qırılacaq.+ 26  Şəhərin darvazaları nalə çəkib yas tutacaq,+Şəhər bomboş qalacaq, yerə çökəcək».+

Haşiyələr

Hərfən: xırda günəşlərini. Ehtimal ki, bu bəzəklər göy cisimləri şəklində idi.