Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 25:1—12

MÜNDƏRİCAT

  • Allah xalqına bol nemətlər verir (1—12)

    • Əla şərabdan ziyafət (6)

    • Ölümü məhv edəcək (8)

25  Ey Yehova, Sənsən Allahım! Səni ucaldıram, adını tərif edirəm,Çünki xariqələr yaratmısan.+Əzəldən bəri niyyətlərini+ sədaqətlə+,Yəqinliklə icra etmisən.   Şəhəri daş qalağına döndərdin,İstehkamlı şəhəri xarabazara çevirdin. Yadellinin qalası daha şəhər deyil,Bir də bərpa olunmayacaq.   Buna görə güclü xalq Səni ucaldacaq,Zalım xalqların şəhəri Səndən qorxacaq.+   Sən fağıra,Darda olan yoxsula qala oldun,+Leysan yağışdan daldalanacaq,Qızmar istidə kölgəlik oldun.+ Zalımların nəfəsi divara çırpılan leysan kimi,   Quraq torpaqda qızmar isti kimi olandaSən yadların nəriltisini ram edirsən. Buludun kölgəsi istinin qarşısını necə alırsa,Zalımların nəğməsi eləcə susdurulur.   Ordular Allahı Yehova bu dağda+ bütün xalqlar üçünYağlı xörəklərdən,Əla şərabdan ziyafət quracaq.+Bəli, orada iliklə dolu yağlı xörəklər,Süzgəcdən keçmiş, əla şərab olacaq.   Bu dağda O, bütün ümmətləri örtən pərdəni,Bütün xalqların üzərinə sərilmiş örtüyü yox edəcək.   Ölümü əbədilik məhv edəcək,+Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək.+ Xalqının rüsvayçılığını bütün dünyadan götürəcək.Yehova Özü bunu deyib.   O gün deyəcəklər: «Bax, budur bizim Allahımız!+ Ona ümid bağladıq,+O, bizi xilas edəcək.+ Budur Yehova! Biz ona ümid bağladıq. Gəlin Onun verdiyi qurtuluşa sevinib-şadlanaq».+ 10  Yehovanın əli bu dağın üstündə olacaq.+Muab isə saman peyində tapdalandığı kimi,Yerindəcə tapdalanacaq.+ 11  Üzgüçü suda əl-qol atdığı kimi,O, əllərini onun* üzərinə uzadacaq,Əllərinin sərrast hərəkətləri iləOnun qürurunu alçaldacaq.+ 12  İstehkamlı şəhəri,Sənin hündür müdafiə divarlarını dağıdacaq,Yıxıb yerlə yeksan edəcək.

Haşiyələr

Muabın.