Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 16

Yığıncaq xidmətçiləri

Yığıncaq xidmətçiləri

Myanma

Yığıncaqda çıxış

Təbliğ xidməti görüşü

İbadət evinə qulluq

Müqəddəs Kitaba əsasən, yığıncaq işlərinə nəzarətçilər və yığıncaq xidmətçiləri baxmalıdırlar (Filippililərə 1:1). Adətən, hər yığıncaqda bir neçə belə qardaş olur. Gəlin görək yığıncaq xidmətçiləri yığıncaq üçün hansı işləri görürlər.

Ağsaqqalların sağ əli. Yığıncaq xidmətçiləri imanlı, etibarlı, məsuliyyətli məsihilərdir. Aralarında cavanı da var, qocası da. Onlar yığıncaqda cürbəcür tapşırıqları yerinə yetirirlər. Onların köməyi sayəsində ağsaqqallar diqqətlərini yığıncağa təlim və öyüd-nəsihət verməyə cəmləyə bilirlər.

Zəruri işlər görürlər. Yığıncaq xidmətçilərinin bəziləri görüşə gələnləri qarşılamağa təyin olunur. O biriləri səsləndirmə sisteminə, ədəbiyyatın paylanmasına, mühasibat işinə, təbliğ sahələrinin bölüşdürülməsinə cavabdehdirlər. Yığıncaq xidmətçiləri həmçinin ibadət evlərinə texniki xidmət göstərirlər. Hərdən ağsaqqallar onlara ahıl yaşda olan bacı-qardaşlara kömək etməyi tapşırırlar. Yığıncaq xidmətçiləri aldıqları tapşırıqların hamısını can-dildən yerinə yetirirlər. Bununla da onlar hamının rəğbətini qazanırlar (1 Timutiyə 3:13).

Başqalarına örnəkdirlər. Yığıncaq xidmətçiləri bu təyinatı Allaha məqbul keyfiyyətlərinə görə alırlar. Onlar görüşlərin bəzi bəndləri ilə çıxış edərək imanımızı möhkəmləndirirlər. Habelə təbliğ işində verdikləri nümunə xidmətə həvəsimizi daha da alovlandırır. Onlar ağsaqqallarla çiyin-çiyin xidmət edərək yığıncaqda mehribanlığın və birliyin olmasına öz töhfələrini verirlər (Efeslilərə 4:16). Bu qardaşlar lazımi tələblərə cavab verdikdə ağsaqqal təyin olunurlar.

  • Yığıncaq xidmətçiləri haqda nə demək olar?

  • Yığıncaq xidmətçiləri yığıncaqda hansı işləri görürlər?