Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 15

Yığıncaq ağsaqqalları

Yığıncaq ağsaqqalları

Finlandiya

Təlim verirlər

Məsləhət verirlər

Təbliğ edirlər

Bizim təşkilatda maaş alan ruhanilər sinfi yoxdur. Birinci əsrdə yığıncaq təzə yaranan vaxtlarda olduğu kimi, bu gün də yığıncağa nəzarət etmək üçün ağsaqqallar təyin olunurlar (Həvarilərin işləri 20:28). Bu imanlı kişilər «zorla yox, Allah qarşısında könül xoşluğu ilə, haqsız qazanc hərisliyindən yox, canla-başla» yığıncağa xidmət edirlər (1 Butrus 5:1—3). Onlar yığıncağın rifahından ötrü çox şey edirlər.

Yığıncağın qayğısına qalır və onu qoruyurlar. Ağsaqqallar bacı-qardaşlara Allahın Kəlamından öyüd-nəsihət verir və Yehovaya yaxınlaşmağa kömək edir. Onlar başa düşürlər ki, Allah onların üzərinə məsuliyyət qoyub. Buna görə Allahın xalqına ağalıq etmirlər, əksinə, onun rifahı üçün çalışırlar (2 Korinflilərə 1:24). Müqəddəs Kitabda ağsaqqalların yığıncağa qayğısı yaxşı çobanın qoyun-quzuya göstərdiyi qayğı ilə müqayisə olunur. Bəli, ağsaqqallar yığıncağın hər bir üzvünə diqqət ayırmağa çalışırlar (Məsəllər 27:23).

Allahın yolu ilə getməyi öyrədirlər. Hər həftə ağsaqqallar görüşlərin keçirilməsinə rəhbərlik edərək bizim imanımızı möhkəmləndirirlər (Həvarilərin işləri 15:32). Allaha sadiq olan bu qardaşlar müjdəçilik işinə də rəhbərlik edirlər. Onlar bizimlə əməkdaşlıq edir və bu işdə püxtələşməyə kömək edirlər.

Hər kəslə ayrı-ayrılıqda maraqlanırlar. Bəzən bizim məsləhətə və təsəlliyə ehtiyacımız olur. Bu zaman ağsaqqallar dadımıza çatır. Onlar ya evimizdə, ya da yığıncaqda bizimlə söhbət edirlər, bizə Allahın Kəlamından dəyərli fikirlər oxuyurlar. Bu cür söhbətlər bizə Yehovanın yolunda möhkəm qalmağa kömək edir (Yaqub 5:14, 15).

Ağsaqqallar yığıncaqdakı məsuliyyətlərlə yanaşı, başqa şeylərə də vaxt ayırmalı olurlar. Onlar işləyir və ailədəki vəzifələrini icra edirlər. Biz bu zəhmətkeş qardaşların qədrini bilməliyik (1 Salonikililərə 5:12, 13).

  • Ağsaqqalların üzərinə hansı məsuliyyətlər düşür?

  • Ağsaqqallar ayrı-ayrılıqda hər kəsin qayğısına necə qalırlar?