Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Yehova Allahın iradəsi və siz

Yehova Allahın iradəsi və siz

Bu broşürü oxuyub bizimlə, fəaliyyətimizlə və təşkilatımızla tanış olmağa vaxt ayırdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Ümidvarıq, bu broşür vasitəsilə əmin oldunuz ki, biz Yehova Allahın iradəsinə tabe oluruq. Biz çox istəyərdik ki, siz bundan sonra da Allah haqqında bilik alasınız, öyrəndiklərinizi ailə üzvlərinizə, dostlarınıza danışasınız və həmişə ibadət görüşlərimiz (İbranilərə 10:23—25).

Yehova Allah haqqında öyrəndikcə Onun sizə olan məhəbbətinin nə qədər böyük olduğunu görəcəksiniz. Bu, sizi təşviq edəcək ki, Onun məhəbbətinə məhəbbətlə cavab verəsiniz (1 Yəhya 4:8—10, 19). Bəs bu məhəbbəti əməldə necə göstərmək olar? Allahın qanunları insanın həyatını yaxşılığa doğru necə dəyişə bilər? İnsanın Allaha məqbul həyat sürmək əzmini nə möhkəmləndirə bilər? Bu sualların cavabını sizə dərs keçən adamla araşdıra bilərsiniz. Bilin ki, bunun sayəsində Allahın məhəbbətini qoruyub saxlayacaq və əbədi həyat yolunda inamlı addımlarla irəliləyəcəksiniz (Yəhuda 21).

Sizi aşağıdakı vəsaiti araşdırmağa dəvət edirik. Bu, sizə həqiqət yolunda yeriməyə kömək edəcək.