Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 14

Öncüllər üçün məktəblər

Öncüllər üçün məktəblər

ABŞ

Gilad məktəbi, Paterson (Nyu-York)

Panama

Yehovanın Şahidləri dini təhsilə böyük önəm verirlər. Vaxtının çox hissəsini xoş xəbərin təbliği işinə həsr edənlər üçün xüsusi məktəblər təşkil olunur. Bu məktəblər sayəsində onlar öz xidmətlərini tam yerinə yetirə bilirlər (2 Timutiyə 4:5).

Öncül məktəbi. Bir il öncül kimi xidmət edənlər bu məktəbə dəvət olunur. Təlim altı gün davam edir. Dərslər adətən yaxınlıqda yerləşən ibadət evində keçirilir. Məqsəd öncüllərə Yehovaya daha da yaxınlaşmağa, xidmətdə səriştəli olmağa və bu şərəfli xidməti davam etdirməyə kömək etməkdir.

Padşahlıq müjdəçiləri məktəbi. Təlim iki ay davam edir. Bu məktəb tələbat olan ərazilərə köçməyə hazır olan təcrübəli öncüllər üçündür. Onlar yer üzündə tayı-bərabəri olmayan müjdəçi İsa Məsihdən örnək alaraq «Mən gedərəm! Məni göndər!» deyirlər (Əşiya 6:8; Yəhya 7:29). Başqa əraziyə köçmək elə də asan deyil. Bəziləri sadə şəraitə uyğunlaşmalı olurlar. Mədəniyyət, iqlim və mətbəx öyrəşdiklərindən tamamilə fərqli ola bilər. Bəzən yeni dil də öyrənmək lazım gəlir. Bu məktəb 23—65 yaşlarında olan subay bacı-qardaşlara və cütlüklərə təyinatlarında lazım olan ruhani keyfiyyətlərə, Yehova və Onun təşkilatı üçün yararlı olacaq bacarıqlara yiyələnməyə kömək edir.

Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad. Gilad sözü ibrani dilindən tərcümədə «şəhadət qalağı» deməkdir. 1943-cü ildə təsis olunandan bəri bu məktəbin 8000-dən çox məzunu xüsusi təyinatlı müjdəçi kimi «yerin nəhayətlərinədək» şahidlik etmək üçün təyin olunublar (Həvarilərin işləri 13:47). Məzunlar ilk dəfə Peruya gələndə bu ölkədə bir dənə də olsun yığıncaq yox idi. Lakin indi burada 1200-dən çox yığıncaq var! Bizim xüsusi təyinatlı müjdəçilərimiz Yaponiyada xidmət etməyə başlayanda orada 10 Yehovanın Şahidi olar, ya olmazdı. Hal-hazırda isə bu ölkədə Yehovanın Şahidlərinin sayı 200 000-i ötüb. Giladdakı beş aylıq kurs ərzində Allahın Kəlamı dərindən araşdırılır. Bu məktəbə xüsusi öncüllər, xüsusi təyinatlı müjdəçilər, filiallarda xidmət edənlər və rayon nəzarətçiləri dəvət olunurlar. Bu təlim sayəsində ümumdünya iş daha da çiçəklənir.

  • Öncül məktəbinin məqsədi nədir?

  • Padşahlıq müjdəçiləri məktəbini kimlər keçə bilər?