Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 13

Müjdəçilik işində öndə gedənlər

Müjdəçilik işində öndə gedənlər

Kanada

Ev-ev təbliğ

Müqəddəs Kitab dərsi

Fərdi mütaliə

Tanınmayan yerlərə birinci daxil olan, başqaları üçün yol açan adama «öncül» deyilir. Bu sözü İsa peyğəmbərə də şamil etmək olar. Allah onu yer üzünə göndərmişdi ki, insanlara həyat yolunu öyrətsin və onlar üçün nicat yolu açsın (Mətta 20:28). Müasir dövrdə İsanın davamçıları da vaxtlarını əsirgəmədən şagird hazırlayırlar (Mətta 28:19, 20). Yehovanın Şahidlərindən bəziləri öncül kimi xidmət edirlər.

Tammüddətli müjdəçi. Yehovanın Şahidlərinin hamısı xoş xəbərin müjdəçiləridir. Bununla belə, bəziləri işlərini elə qururlar ki, hər ay 70 saat təbliğ edə bilsinlər. Onlar öncül adlanırlar. Adətən, öncüllər elə iş tapmağa çalışırlar ki, təbliğ işinə vaxtları çox qalsın. Yehovanın Şahidlərindən bəziləri isə təbliğçilərə tələbat olan yerlərə xüsusi öncül təyinatı alırlar. Onlar ayda ən azı 130 saat təbliğ edirlər. Bu tammüddətli müjdəçilər sadə həyat sürürlər. Onlar əmindirlər ki, Yehova Allah onları heç nəyə möhtac qoymayacaq (Mətta 6:31—33; 1 Timutiyə 6:6—8). Yehovanın Şahidləri arasında bu qədər təbliğ etməyə imkanı olmayanların bəziləri köməkçi öncül kimi xidmət edirlər. Onlar ayda ya 30, ya da 50 saat təbliğ edirlər.

Allaha və insanlara məhəbbətin izharı. İsa peyğəmbərin dövründə insanlar Allahdan uzaq düşmüşdü və gələcəyə heç bir ümidləri yox idi. Bu gün də vəziyyət eynidir (Mark 6:34). Ancaq biz insanlara kömək edə bilərik, çünki Allah haqqında biliyə sahibik. Bu bilik isə artıq indidən insanları zülmətdən işığa çıxarıb onlara ümidli gələcək bəxş edə bilər. Öncüllər insanları sevdikləri üçün vaxtlarını, güclərini əsirgəmir, onlara xoş xəbəri çatdırırlar (Mətta 22:39; 1 Salonikililərə 2:8). Bunun xeyrini onlar özləri də görürlər, belə ki, onların imanı möhkəmlənir, Allaha daha da yaxınlaşır və xoşbəxtlik duyurlar (Həvarilərin işləri 20:35).

  • Öncül xidməti nədir?

  • Nə üçün Yehovanın Şahidlərindən bəziləri tammüddətli xidmət edirlər?