Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehova Allahın müasir xalqı

 DƏRS 26

İbadət evlərimizə necə qulluq edirik?

İbadət evlərimizə necə qulluq edirik?

Estoniya

Zimbabve

Monqolustan

Puerto–Riko

Bizim yığışdığımız ibadət evləri Allahın müqəddəs adını daşıyır. Odur ki, bu yerlərin təmiz, gözəl və yaxşı vəziyyətdə olmasına böyük əhəmiyyət veririk. İbadətimizin vacib hissəsi olan bu işə hamı öz töhfəsini verə bilər.

Təmizlik işləri. Hər görüşdən sonra bacı-qardaşlar ibadət evini təmizləyirlər. Həmçinin mütəmadi olaraq orada iməcilik keçirilir. Adətən, işlər siyahı üzrə və ağsaqqalın, yaxud yığıncaq xidmətçisinin rəhbərliyi altında yerinə yetirilir. Bacı-qardaşlar döşəməni süpürür, yaxud tozsoranlayır, silir, hər yerin tozunu alır, stulları nizamlayır, ayaqyolunu təmizləyir, pəncərələri, güzgüləri silir, zibilləri atır və həyəti səliqəyə salırlar. Uşaqlara da bəzi işlər tapşırılır. Bu yolla onlar ibadət yerinə hörmətlə yanaşmağı öyrənirlər (Vaiz 5:1).

Təmir işləri. Hər il ibadət evinin içərisi və bayırı yoxlanılır. Buna uyğun olaraq, orada müntəzəm təmir işləri görülür ki, bina saz vəziyyətdə qalsın və artıq məsrəflərə yol verilməsin (2 Salnamələr 24:13; 34:10). İbadət evi qulluq etdiyimiz Allahın adına layiq olmalıdır. Bu binaları təmirli, təmiz saxlamaqla Yehova Allahı sevdiyimizi və ibadət yerimizi əziz tutduğumuzu göstərmiş oluruq (Zəbur 122:1). İbadət evlərimiz kənardan baxanlarda da xoş təəssürat oyadır (2 Korinflilərə 6:3).

  • Nəyə görə ibadət yerimizə hörmətlə yanaşmalıyıq?

  • İbadət evində hansı təmizlik işləri görülür?