Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 8

Məsihin zühuru

Məsihin zühuru

DANİELİN peyğəmbərliyindən təxminən 500 il sonra Allahın mələyi Cəbrayıl Davud padşahın nəslindən olan Məryəm adlı bakirə qıza göründü. «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» — deyə Cəbrayıl onu salamladı (Luka 1:28). Məryəm bundan bərk qorxdu. Görəsən, Cəbrayılın bu salamı nə demək idi?

Cəbrayıl Məryəmə Məsihi dünyaya gətirəcəyi haqda xəbər verdi

«Məryəm, qorxma, sən Allahın gözündə lütf tapmısan. Sən hamilə qalıb oğul doğacaqsan və adını İsa qoyacaqsan... Yehova Allah ona atası Davudun taxtını verəcək Onun padşahlığının sonu olmayacaq», — deyə Cəbrayıl izah etdi (Luka 1:30—33). Necə də gözəl xəbər idi! Məryəm Məsihi, çoxdan gözlənilən «övladı» dünyaya gətirəcəkdi!

Növbəti il İsa Betlehemdə doğuldu. Həmin gecə Allahın mələyi o ərazidəki çobanlara xəbər çatdırdı: «Qorxmayın! Mən sizə... xoş xəbəri çatdırmağa gəlmişəm. Bu gün Davudun şəhərində sizin Xilaskarınız, Ağamız Məsih doğulub» (Luka 2:10, 11). Sonralar İsanın ailəsi Nazaretə köçdü və o, orada böyüyüb boya-başa çatdı.

Eramızın 29-cu ilində — Məsihin peyda olacağı ildə — İsa «təqribən otuz yaşında» Allahın peyğəmbəri kimi xidmət etməyə başladı (Luka 3:23). İnsanların çoxu onun Allah tərəfindən göndərildiyini qəbul edirdi. Onlar deyirdilər: «Aramızda böyük bir peyğəmbər zühur edib» (Luka 7:16, 17). Bəs İsa nə haqda öyrədirdi?

İsa insanlara Allahı sevməyi və Ona ibadət etməyi öyrədirdi. O, belə bəyan edirdi: «Allahımız Yehovadır; Yehova yeganə Allahdır. Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:29, 30). O həmçinin deyirdi: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona ibadət et» (Luka 4:8).

İsa insanlara bir-birilərini sevməyi öyrədirdi. O deyirdi: «Yaxınını özünü sevdiyin kimi sev» (Mark 12:31). Eləcə də, o, belə deyirdi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin. Əslində Qanun və Peyğəmbərlər də məhz bunu deyirlər» (Matta 7:12).

 İsa səylə Allahın Padşahlığı haqqında başqalarına təbliğ edirdi. «Mən Allahın padşahlığı haqqında xoş xəbəri başqa şəhərlərə də bəyan etməliyəm, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). Allahın Padşahlığı nəyə görə bu qədər vacibdir?

Müqəddəs Yazılar öyrədir ki, Allahın Padşahlığı yer üzünü göydən idarə edəcək səmavi hökumətdir. İsa Məsih Allah tərəfindən təyin olunmuş Padşahdır. Daniel peyğəmbər yuxuda görüntü alaraq Allahın göylərdə Məsihə «hakimiyyət, izzət və padşahlıq» verdiyini görmüşdü (Daniel 7:14). Bu Padşahlıq yer üzündə Cənnət quracaq və Allahın xidmətçilərinə əbədi həyat mükafatını verəcək. Bundan yaxşı xəbər ola bilərmi?