Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 12

Həqiqi imana malik olduğunuzu göstərin!

Həqiqi imana malik olduğunuzu göstərin!

ALLAH Öz xidmətçilərini xəbərdar etmişdi ki, onların imanı sınaqlara məruz qalacaq. Onun Kəlamında deyilir: «Ayıq-sayıq olun, oyaq durun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Peter 5:8). Bəs Şeytan sizin imanınızı necə məhv etməyə çalışır?

Siz də belə müqavimətlərlə qarşılaşmısınızmı?

Şeytan başqaları, hətta əzizləriniz vasitəsilə sizə təsir göstərə bilər ki, Müqəddəs Yazıları araşdırmayasınız. Bu barədə İsa Məsih demişdi: «İnsanın düşmənləri öz evindəkiləri olacaq» (Matta 10:36). Xoşniyyətli ailə üzvləriniz və dostlarınız Allahın Kəlamında yazılan gözəl həqiqətlərdən xəbərsiz ola bilərlər. Yaxud onlar başqalarının nə düşünəcəyindən ehtiyat edə bilərlər. Ancaq Müqəddəs Yazılarda deyilir: «İnsandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşar» (Süleymanın məsəlləri 29:25). Necə düşünürsünüz, siz insanları razı salmaq üçün Müqəddəs Kitabı öyrənməyi dayandırsanız, Allahı razı salacaqsınızmı? Əlbəttə, yox! Digər tərəfdən, həqiqi iman göstərəndə Allah bizə kömək edir. «Biz isə geri çəkilənlərdən deyilik, çünki belələrinin aqibəti məhvdir. Bizdə həyatımızı qorumaq üçün iman var» (İbranilərə 10:39).

Əvvəlki bölmələrdən birində xatırlanan Həbibin hadisəsini yadınıza salın. Əvvəlcə həyat yoldaşı imanına görə ona istehza edirdi. Lakin sonra onun özü də Allahın Kəlamını öyrənməyə başladı. Əgər siz də düzgün olanı etməyə davam etsəniz, dostlarınız və yaxınlarınız Müqəddəs Kitabı öyrənmək istəyə bilərlər. Çox vaxt əsil iman göstərənlərin ailə üzvləri onların ismətli yaşayışını və hörmətini görüb sözsüz fəth edilirlər (1 Peter 3:1, 2).

Həmçinin Şeytan insanlarda belə bir fikir yaratmağa çalışır ki, guya onlar o qədər məşğuldurlar ki, Müqəddəs Yazıları öyrənməyə vaxtları yoxdur. O həmçinin istəyir ki, həyatın qayğıları — şəxsi narahatçılıqlar və maddi çətinliklər Allahın sözünü boğsun, yəni sizin imanınız ‘bar gətirməsin’ (Mark 4:19). Çalışın, uzaqgörən olasınız! Müqəddəs Kitabda deyilir: «Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin  İsa Məsih haqqında daima öyrənmək lazımdır» (Yəhya 17:3). Bəli, Allah və İsa Məsih haqqında daha çox öyrənməyə davam etmək Cənnətdə əbədi həyata nail olmaq üçün vacibdir!

Allahdan kömək diləyin

Misirin padşah sarayında yaşayan Musa haqqında düşünün. O, var-dövlət, şan-şöhrət və hakimiyyət sahib ola bilərdi. Ancaq Musa «günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu». Nəyə görə? «Çünki Gözəgörünməz Allahı görürmüş kimi mətin idi» (İbranilərə 11:24, 25, 27). Bəli, Musanın Allaha güclü imanı vardı. O, öz xudbin arzularını yox, Allahın istəyini birinci yerə qoyurdu, Allah da onu bol-bol xeyir-dualandırırdı. Əgər siz də Allahın işini birinci yerə qoysanız, Allah sizə də xeyir-dua verəcək.

Şeytan sizə müxtəlif üsullarla hücum etməyə çalışa bilər. Ancaq yol verməyin ki, o, sizi öz qurbanına çevirsin. Allahın Kəlamı bizi təşviq edir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7). Biz ona qarşı necə dura bilərik?

Müqəddəs Yazıları araşdırmağa davam edin. Allahın Kəlamını hər gün oxuyun. Onun təlimlərini araşdırın və məsləhətlərini tətbiq edin. Belə etməklə siz «Allahın verdiyi bütün yaraqları» götürmüş olacaqsınız (Efeslilərə 6:13).

Həqiqi imana sahib olan insanlarla ünsiyyət edin. Müqəddəs Kitabı oxuyan, araşdıran və onun məsləhətlərinə əməl edən insanları axtarıb tapın. Onlar bir-birlərini məhəbbətə və xeyirxah işlərə təşviq edirlər. Onlar sizə də imanınızı möhkəmləndirməyə kömək edəcəklər (İbranilərə 10:24, 25).

Həqiqi imana sahib olan insanlarla ünsiyyət edin

Yehova Allaha yaxınlaşın. Allahdan kömək diləyin və Ona etibar edin. Heç vaxt unutmayın ki, Allah sizə kömək edəcək. «Bütün qayğılarınızı Onun [Allahın] üzərinə qoyun» (1 Peter 5:6, 7). «Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir. Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız və sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək» (1 Korinflilərə 10:13).

Şeytan iddia edir ki, ağır sınaqlarla üzləşənlərdən heç kim Allaha xidmət etməyəcək; bununla da o, Allaha istehza edir. Ancaq sizin Şeytanın yalançı olduğunu sübut etmək imkanınız var! Allah bizə deyir: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» (Süleymanın məsəlləri 27:11). Bəli, əsil imana malik olduğunuzu göstərməyə qəti qərarlı olun!