Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 2

Həqiqi iman nədir?

Həqiqi iman nədir?

Dəyərə malik olması üçün iman da, pul kimi, həqiqi olmalıdır

HƏQİQİ İMAN sadəcə Allahın var olduğuna inanmaq demək deyil. Bu gün milyonlarla insanlar Allaha inanır, bununla belə pis əməllərdən əl çəkmirlər. Bu cür «imanı» saxta pula bənzətmək olar. Saxta pul əsil pula oxşasa da, əslində, onun heç bir dəyəri yoxdur. Bəs həqiqi iman barədə nə demək olar?

Həqiqi iman Müqəddəs Kitabdan əldə olunan dəqiq biliklərə əsaslanan imandır. Allahdan ilham almış bu yazılar bizə Allah haqqında həqiqəti öyrədir və Onu tanımağa kömək edir. Orada Onun qanunları, niyyətləri və təlimləri açıqlanır. Bu təlimlərə aşağıdakılar daxildir:

  • Allah təkdir, Ondan başqa Allah yoxdur.

  • İsa Qadir Allah deyil. O, Allahın peyğəmbəridir.

  • Allahın gözündə bütpərəstliyin hər bir növü pisdir.

  • Bəşəriyyət hökm gününün astanasındadır.

  • Milyardlarla ölənlər Cənnətdə dirildiləcək.

Həqiqi iman insanı yaxşı əməllərə təşviq edir. Yaxşı əməllər Allahı izzətləndir, bizə və başqalarına fayda gətirir. Bu əməllərə aşağıdakılar daxildir:

  • Allaha ibadət etmək;

  • Allahı razı salan xüsusiyyətlər, xüsusilə də məhəbbət inkişaf etdirmək;

  • pis fikirləri və arzuları rədd etmək;

  • sınaqlara baxmayaraq, Allaha imanı qoruyub saxlamaq;

  • başqalarına Allah haqqında öyrətmək.

Həqiqi iman yaxşı əməllərə təşviq edir

 Həqiqi imana necə sahib olmaq olar?

Həqiqi imanı da, əzələ kimi, inkişaf etdirmək olar

Allahdan kömək diləyin. Musa peyğəmbər duada Allahdan xahiş etmişdi: «Yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım» *. Allah onun duasını cavabsız qoymadı. Musa əsil iman nümunəsidir. Allah sizə də həqiqi imana sahib olmağa kömək edəcək.

Müqəddəs Kitabı araşdırmaq üçün vaxt ayırın. Allahdan ilham almış Yazılar — «Tövrat», «Zəbur» və «İncil» Müqəddəs Kitaba daxil olub, dünyada ən çox dilə tərcümə olunmuş və geniş yayılmış kitabdır. Bu kitab sizdə varmı?

Müqəddəs Yazıların məsləhətlərini həyatınızda tətbiq edin. İmanı əzələ ilə müqayisə etmək olar. Əzələnin inkişaf etməsi üçün onu məşq etdirmək lazımdır. Eynilə, siz imanınıza uyğun davrandıqca imanınız artacaq. Və belə etməklə siz Allahın məsləhətlərinin həyatınıza fayda gətirdiyinə əmin olacaqsınız. Həqiqətən də, Müqəddəs Yazılarda olan praktiki məsləhətlər insanların həyatını yaxşılığa doğru dəyişir. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.

^ abz. 17 «Tövrat» kitabının Çıxış 33:13 ayəsinə baxın.