Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 13

Həqiqi iman əbədi xoşbəxtlik gətirir

Həqiqi iman əbədi xoşbəxtlik gətirir

«SALEH imanı sayəsində yaşayacaq», — deyə Müqəddəs Kitabda yazılır (Romalılara 1:17). Bu ayədəki sevindirici vədin sizə də aidiyyəti var. Gəlin görək, necə?

Yer üzündəki tapşırığını başa vurduqdan sonra İsa Məsih göylərə, Allahın yanına qayıtdı. O, şagirdlərinin gözü önündə «yuxarı qaldırıldı və bulud onu örtüb görünməz etdi» (Həvarilərin işləri 1:9). Göylərdə Allah onu qüdrətli səmavi Padşah təyin etdi. Yaxın gələcəkdə «İnsan Oğlu [İsa] bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək. Bütün millətlər onun önündə yığışacaq və o, çoban qoyunları keçilərdən ayırdığı kimi, insanları saf-çürük edəcək» (Matta 25:31, 32). Bu nə zaman baş verəcək?

Müqəddəs Kitabda Məsihin xalqlar üzərində hökmünün yaxınlaşmasına əlamət olaraq bütün dünyada əzab-əziyyətlərin baş verəcəyi bir dövrün olacağı haqqında qabaqcadan peyğəmbərlik edilmişdi. İsa bu əlamətə nələrin daxil olacağını sadalamışdı: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Güclü zəlzələlər, bir çox yerlərdə epidemiyalar və qıtlıqlar olacaq. İnsanlar dəhşətli mənzərələr və göydə böyük əlamətlər görəcəklər» (Luka 21:7, 10, 11).

Bugünkü problemlər göstərir ki, Məsih tezliklə xalqlara hökm etmək üçün gələcək

Bu gün biz İsanın sözlərinin yerinə yetdiyini aydın görürük. Tezliklə İsa pisləri məhv etmək üçün gələcək. Sonda hətta Şeytan da məhv olunacaq! Bütün yer üzü Cənnətə çevriləcək. Hamı bir-birilə, hətta heyvanlarla sülh içində yaşayacaq. «O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək... Heç kimə zərər dəyməyəcək» (Yeşaya 11:6, 9). «Heç bir Sion sakini “xəstəyəm” deməyəcək... O vaxt korların gözləri, karların qulaqları açılacaq» (Yeşaya 33:24; 35:5). Hətta ölülər də dirildiləcək. «Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» və «artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq» (Yeşaya 25:8; Vəhy 21:4). Allahın yer üzünə dair ilk niyyəti o zaman yerinə yetəcək. Necə də gözəl ümiddir!

İmanınızı möhkəmləndirin

Allah Cənnətdə yaşamaq mükafatını kimlərə verəcək? İmanlı insanlara — həqiqi imana sahib olan insanlara!

Unutmayın ki, həqiqi iman Allahın Kəlamından olan dəqiq biliyə əsaslanır. Buna görə də Allahı və İsanı daha yaxşı tanımağa çalışın!

İmanlı insanlar Cənnətdə əbədi həyatdan həzz alacaqlar!

Həqiqi iman saleh əməllərlə təsdiqlənir. Allahın Kəlamında deyilir: «Ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür» (Yaqub 2:26). Bu cür xeyirxah işlər görməklə siz Allahın qüvvə, ədalət, müdriklik və məhəbbət kimi gözəl keyfiyyətlərini əks etdirəcəksiniz. Allaha məqbul olan bu xüsusiyyətləri  özünüzdə yetişdirməyə çalışın!

Həqiqi imana sahib olmaq sizə bol xeyir-dualar gətirəcək. Həqiqətən də, əsil iman xoşbəxtliyin açarıdır. Onun sayəsində biz indi və gələcəkdə əbədiyyən xoşbəxtliyə nail ola bilərik!