Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 4

Allah kimdir?

Allah kimdir?

İNSANLAR çoxlu allahlara ibadət edirlər. Lakin Müqəddəs Yazılar öyrədir ki, yalnız bir həqiqi Allah var. Ondan başqa Allah yoxdur, O, qüdrətli və əbədidir. Göydə və yer üzündə olan hər şeyi O yaradıb və bizə həyat verən də Odur. Buna görə də, biz yalnız Ona ibadət etməliyik.

Allahın Musa peyğəmbərə verdiyi Qanun «mələklər vasitəsilə verilmiş»di

Allahın şəxsi adı var. Onun adı YEHOVA-dır. Allah Musa peyğəmbərə dedi: «İsrail oğullarına belə deyəcəksən: Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı, Yaqubun Allahı Yehova məni sizə göndərdi; əbədiyyən ismim bu və dövrdən dövrə anılmam budur» (Çıxış 3:15, «Kitabı Mukaddes», türkcə). Yehova adına Müqəddəs Yazılarda təxminən 7000 dəfə rast gəlinir. Məzmur 83:18 ayəsində Allah haqqında deyilir: «Bilsinlər ki, Sənin ismin Rəbdir [«Yehovadır», «Yeni Dünya tərcüməsi»], bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!»

Müqəddəs Yazıların Ölü dənizdə tapılmış qədim əlyazmalarında Allahın adı göstərilir

İnsanlar heç vaxt Allahı görməmişlər. Allah Musaya demişdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz» (Çıxış 33:20). Allah göylərdə yaşayır və gözəgörünməzdir. Büt, surət və rəmzlər düzəltmək və onların vasitəsi ilə Allaha dua etmək düzgün deyil. Yehova Allah Musa peyğəmbər vasitəsilə buyurmuşdu: «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın. Özün üçün heç bir oyma büt, nə yuxarıda — səmada və ya aşağıda — yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham» (Çıxış 20:2—5). Sonralar Allah Yeşaya peyğəmbər vasitəsilə demişdi: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm» (Yeşaya 42:8, «Kitabı Mukaddes», türkcə).

Bəzi insanlar Allaha inansalar da, Onun dərkedilməz və əlçatmaz olduğunu düşünürlər. Bəziləri isə Allahı sevmək əvəzinə, Ondan qorxurlar. Bəs siz nə fikirləşirsiniz? Allah şəxsən sizin qayğınıza qalırmı? Siz Onu tanıya, hətta Ona yaxınlaşa bilərsinizmi? Gəlin görək, Müqəddəs Yazılar Allahın xüsusiyyətləri barədə nə öyrədir.