Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 1

Allah bizim qayğımıza qalırmı?

Allah bizim qayğımıza qalırmı?

BU GÜN dünya problemlər içində boğulur. Müharibələr, təbii fəlakətlər, xəstəliklər, yoxsulluq, rüşvətxorluq və bir çox digər bədbəxtliklər milyonlarla insanın həyatını alt-üst edir. Ola bilsin, sizə də bəzi problemlər rahatlıq vermir. Bəs bizə kim kömək edə bilər? Bizim qayğımıza qalan varmı?

Allahın bizə olan məhəbbəti ananın körpəsinə olan məhəbbətindən qat-qat üstündür

Əmin ola bilərik ki, Allah, həqiqətən də, bizim qayğımıza qalır. Çünki O, Öz Kəlamında deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram» *.

Bunu bilmək insana qəlb rahatlığı gətir, elə deyilmi? Allahın məhəbbəti insana xas olan ən güclü hissdən — ananın övladına olan məhəbbətindən qat-qat güclüdür. Allah bizi heç vaxt atmayacaq! Əslində O, bizə artıq kömək əlini uzadıb. Necə? Həyatda xoşbəxtliyə nail olmaq yolunun həqiqi iman olduğunu göstərməklə.

Əsil iman sizə xoşbəxtlik bəxş edəcək. Belə iman qarşılaşdığınız bir çox problemlərdən qaçınmağa və onların öhdəsindən müvəffəqiyyətlə gəlməyə kömək edəcək. Həmçinin bu, sizi Allaha yaxınlaşdıracaq, ürək və qəlb rahatlığı verəcək. Eyni zamanda, həqiqi iman gözəl gələcəyə — Cənnətdə əbədi həyata yol açır!

Bəs həqiqi iman nədir? Ona necə sahib olmaq olar?

^ abz. 4 Müqəddəs Kitabın Yeşaya 49:15 ayəsinə baxın.