Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 6

Allahın yer üçün niyyəti nədir?

Allahın yer üçün niyyəti nədir?

ALLAH Yer kürəsini insanların yaşaması üçün mükəmməl şəkildə yaradıb. Onun Kəlamında deyilir: «Rəbb səmaya sahibdir, yeri bəşər övladlarına verdi» (Məzmur 115:16).

İlk insan Adəmi yaratmazdan öncə, Allah yer üzünün kiçik bir hissəsində gözəl bir bağ yaratdı və adını Eden qoydu. Müqəddəs Yazılarda deyilir ki, Fərat və Dəclə çaylarının mənbələri Eden bağından başlayırdı *. Ehtimala görə, Eden bağı vaxtilə indiki Türkiyənin şərqində yerləşirdi. Eden bağının mövcudluğuna heç bir şübhə ola bilməz!

Allah Adəmi yaratdı, sonra isə «becərsin və saxlasın» deyə Eden bağını ona verdi (Yaradılış 2:15). Sonra Allah Adəm üçün Həvvanı yaratdı. Allah onlara əmr edib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun» (Yaradılış 1:28). Aydındır ki, «Rəbb dünyanı qarmaqarışıq [yəni boş yerə] yaratmadı, onu yaşamaq üçün» yaratdı (Yeşaya 45:18).

Adəmlə Həvva bilərəkdən Allahın əmrini pozmaqla Ona qarşı üsyan etdilər. Buna görə Allah onları Eden bağından qovdu. Beləcə, cənnət itirildi. Adəmin günahının nəticəsi onun nəslindən yan keçmədi. Müqəddəs Kitabda deyilir: «Ona görə də günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12).

Allah istəyirdi ki, insanlar yer üzü cənnətdə xoşbəxt yaşasınlar. Bəs Allah bu ilk niyyətindən daşındımı? Əlbəttə, yox! Allah deyir: «Ağzımdan çıxan kəlmə... boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11). Təsəvvür edirsiniz, Cənnət yer üzündə bərpa olunacaq!

Yer üzü Cənnətdə həyat necə olacaq? Növbəti iki səhifədə buna dair Müqəddəs Yazılardan ayələr gətirilir. Gəlin onları nəzərdən keçirək.

^ abz. 4 Yaradılış 2:10—14 ayələrində deyilir: «Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. Onlardan birinin adı Pişondur... İkinci çayın adı Gixondur... Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır». İlk iki çayın yeri məlum deyil və onlar haqqında heç bir məlumat yoxdur.