Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın sözünə qulaq as və əbədiyyən yaşa

 Hissə 3

Cənnətdə həyat necə idi?

Cənnətdə həyat necə idi?

Yehova Allah Adəmlə Həvvaya çoxlu gözəl şeylər vermişdi (Yaradılış 1:28).

Yehova ilk qadını — Həvvanı yaradıb Adəmin yanına gətirdi və Həvva Adəmin arvadı oldu (Yaradılış 2:21, 22).

Yehova ilk insanlara kamil, yəni qüsursuz bədən və şüur vermişdi.

Onlar cənnətdə — Ədən bağında yaşayırdılar. Bu, çox gözəl bağ idi. Orada çaylar axırdı, çoxlu meyvə ağacları bitirdi və cürbəcür heyvanlar var idi.

Yehova onlarla danışırdı və onları öyrədirdi. Adəmlə Həvva Allaha qulaq assaydılar, bu cənnətdə əbədi yaşayacaqdılar.

 Allah onlara yalnız bir ağacın meyvəsindən yeməyi qadağan etmişdi (Yaradılış 2:16, 17).

Mələklərdən biri Allaha qarşı çıxdı. Bu pis mələk Şeytan İblisdir.

Yehova Adəmlə Həvvaya bağda bitən ağaclardan birini göstərdi və dedi ki, əgər ondan yesələr, öləcəklər.

Şeytan Adəmlə Həvvanın Yehovaya tabe olmalarını istəmirdi. Buna görə də, o, ilandan istifadə edərək Həvvaya dedi ki, əgər o, həmin ağacın meyvəsindən yesə, ölməyəcək, əksinə, Allah kimi olacaq. Əlbəttə, bu, yalan idi (Yaradılış 3:1—5).