Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın sözünə qulaq as və əbədiyyən yaşa

 Hissə 7

İsa Məsih kimdir?

İsa Məsih kimdir?

Yehova İsanı yer üzünə göndərmişdi (1 Yəhya 4:9).

Əgər biz Yehova Allahı razı salmaq istəyiriksə, daha bir vacib şəxsə qulaq asmalıyıq. Adəmi yaratmazdan çox-çox əvvəl Yehova göylərdə qüdrətli mələk yaratmışdı.

Xeyli vaxt sonra Yehova onu bakirə Məryəmin bətninə qoydu və o, Betlehem şəhərində dünyaya gəldi. Onun adını İsa qoydular (Yəhya 6:38).

İsa yer üzündə yaşayarkən Allahın xüsusiyyətlərini mükəmməl surətdə əks etdirirdi. O, mehriban və qayğıkeş idi. Ona yaxınlaşmaq insanlar üçün çətin deyildi. O, cəsarətlə başqalarına Allah haqqında həqiqəti öyrədirdi.

 İsa yaxşı insan olsa da, ona nifrət edirdilər (1 Butrus 2:21—24).

Din rəhbərləri İsaya nifrət edirdilər. Çünki İsa onların əməllərinin pis, təlimlərinin isə yalan olduğunu deyirdi.

İsa xəstələri sağaldır və ölüləri dirildirdi.

Din rəhbərləri romalıları dilə tutdular ki, ona işgəncə verib öldürsünlər.