Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın sözünə qulaq as və əbədiyyən yaşa

 Hissə 13

Allaha məqbul olmaq üçün nə etməliyik?

Allaha məqbul olmaq üçün nə etməliyik?

Pis işlərdən uzaq dur (1 Korinflilərə 6:9, 10).

Əgər biz Yehova Allahı seviriksə, Onun nifrət etdiyi işlərlə məşğul olmayacağıq.

Yehova istəmir ki, biz oğurluq edək, içki düşkünü olaq və ya narkotik maddələr qəbul edək.

Allah qatilliyə, aborta və homoseksualizmə nifrət edir. O, bizim acgöz və davakar olmağımızı istəmir.

Biz nə bütlərə ibadət etməliyik, nə də ki cadugərliklə məşğul olmalıyıq.

Yaxın zamanlarda Cənnətə çevriləcək yer üzündə pis işlərlə məşğul olan insanlara yer olmayacaq.

 Yaxşı işlər gör (Mətta 7:12).

Allaha məqbul olmaq üçün biz Ondan nümunə götürməliyik.

İnsanları sev — xeyirxah və əliaçıq ol.

Dürüst ol.

Mərhəmətli və bağışlayan ol.

Yehova və Onun qanunları haqda başqa insanlara da danış (Əşiya 43:10).