Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın sözünə qulaq as və əbədiyyən yaşa

 Hissə 4

Onlar Şeytana qulaq asdılar. Bunun nəticəsi nə oldu?

Onlar Şeytana qulaq asdılar. Bunun nəticəsi nə oldu?

Adəmlə Həvva Yehovaya itaət etmədilər, buna görə də öldülər (Yaradılış 3:6, 23).

Həvva ilana qulaq asdı və ağacın meyvəsindən dərib yedi. Sonra həmin meyvədən Adəmə də verdi, o da yedi.

Onların etdiyi hərəkət düzgün deyildi — bu, günah idi. Allah onları cənnətdən qovdu.

Bundan sonra həyat Adəmlə Həvva və uşaqları üçün çətin oldu. Onlar qocalıb öldülər. Onlar hər hansı ruhani aləmdə yaşamağa davam etmədilər, sadəcə olaraq mövcudluqlarına son qoydular.

 Ölülər torpaq kimi cansızdırlar (Yaradılış 3:19).

Biz hamımız Adəmlə Həvvanın nəslindən olduğumuz üçün ölürük. Ölülər nə görə, nə eşidə, nə də ki bir iş görə bilirlər (Vaiz 9:5, 10).

Yehova insanları ölmək üçün yaratmamışdı. Tezliklə O, ölüm yuxusuna gedən insanları dirildəcək. Əgər onlar Yehovanın sözünə qulaq assalar, əbədi yaşayacaqlar.