Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 51

Ordu başçısı və balaca qız

Ordu başçısı və balaca qız

Aramda evlərindən uzaqda yaşayan israilli balaca qız yaşayırdı. Aram ordusu onu ailəsindən ayrı salıb. İndi o, Neman adlı ordu başçısının arvadının qulluqçusudur. Ətrafında heç kim Yehovaya ibadət etməsə də, bu balaca qız Yehovaya ibadət edir.

Neman xeyli vaxtdır ağır dəri xəstəliyindən əziyyət çəkir. Balaca qız ona kömək etmək istəyir. O, Nemanın arvadına deyir: «Mən bir nəfər tanıyıram, o, ərinizi yaxşılaşdıra bilər. İsraildə Əlyəsə adlı Yehovanın peyğəmbəri var. O, ərinizi sağalda bilər».

Nemanın arvadı balaca qızın dediklərini ərinə çatdırır. Neman sağalmaq üçün hər şey etməyə hazırdır, buna görə də o, İsrailə, Əlyəsənin evinə gedir. Neman gözləyir ki, Əlyəsə onu hörmətli bir insan kimi qarşılayacaq. Amma Əlyəsə Nemanı özü qarşılamır. Onun qabağına qulluqçusunu göndərir.  Qulluqçu Əlyəsənin adından ona bu sözləri çatdırır: «Gedib İordan çayında yeddi dəfə yuyun. Onda sağalacaqsan».

Neman çox dilxor olur. O deyir: «Elə bilirdim, peyğəmbər Allahını çağıraraq, əlini üstümə çəkərək məni sağaldacaq. O isə deyir ki, gedim İsraildəki çayda yuyunum. Suriyada bundan da yaxşı çaylar var. Elə gedib öz çaylarımızda yuyunaram da!» Neman əsəbiləşərək oradan gedir.

Qulluqçuları Nemana geniş düşünməyə kömək edirlər. Onlar deyirlər: «Sağalmaq üçün nə lazımdır eləməzsən? Peyğəmbər sənə çətin bir şey demir ki! Nə var ki burada!» Neman onların sözünə qulaq asır. O, İordan çayına gedib yeddi dəfə suya girir. Yeddinci dəfə suya girib çıxandan sonra tamamilə sağalır. Neman çox sevinir. O, Əlyəsəyə təşəkkür etmək üçün onun yanına gedir. Ona deyir: «İndi bildim ki, Yehovadan başqa Allah yoxdur». Səncə, israilli qız Nemanın sağalıb qayıtdığını görəndə hansı hissləri keçirir?

«Uşaqların və körpələrin dili ilə həmd səsləndirdin» (Mətta 21:16)