Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 52

Yehovanın alovdan olan ordusu

Yehovanın alovdan olan ordusu

Aram padşahı Bənhədad İsrailə ard-arda hücum edir. Ancaq hər dəfə Əlyəsə peyğəmbər İsrail padşahını əvvəlcədən xəbərdar edir. Bunun sayəsində padşah canını qurtara bilir. Bənhədad bunu bilib Əlyəsəni oğurlamaq qərarına gəlir. O, Əlyəsənin Dufan şəhərində olduğunu öyrənir. Buna görə də Aram ordusunu göndərir ki, onu tutsunlar.

Aramilər Dufana axşam çatırlar. Əlyəsənin nökəri səhər tezdən qalxıb çölə çıxır və böyük bir qoşunun şəhəri mühasirəyə aldığını görür. O, təşvişə düşüb qışqırır: «Əlyəsə, biz nə edəcəyik?» Əlyəsə ona deyir: «Bizimlə olanlar onlarla olanlardan çoxdur». Həmin an Yehova elə edir ki, Əlyəsənin nökəri şəhərin ətrafındakı dağların atlarla və alovdan olan döyüş arabaları ilə dolu olduğunu görsün.

Arami döyüşçülər Əlyəsəni tutmaq istəyəndə o dua edib deyir: «Yehova, nə olar, onların gözlərini kor et». Yehova dərhal  onları kor edir. Onların gözləri görsə də, harada olduqlarını bilmirlər. Əlyəsə döyüşçülərə deyir: «Başqa şəhərə gəlmisiniz. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparacağam». Əlyəsə onları Səməriyyəyə, İsrail padşahının yanına aparır.

Aramilər harada olduqlarını biləndə artıq iş-işdən keçmişdi. İsrail padşahı Əlyəsədən soruşur: «Onları öldürüm?» Bəs Əlyəsə bunu fürsət bilib pisliyə pisliklə cavab verir? Xeyr. O deyir: «Onları öldürmə, onlara yemək ver. Sonra da yola sal getsinlər». Padşah da onlar üçün ziyafət qurur. Sonra isə onları öz ölkələrinə yola salır.

«Allahın önündə əminliyimiz budur: Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəhya 5:14)