Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 48

Dul qadının oğlu dirilir

Dul qadının oğlu dirilir

Quraqlıq vaxtı Yehova İlyasa deyir: «Sarfata get. Bir dul qadın sənə yemək verəcək». Şəhər darvazasında İlyas bir kasıb dul qadının odun yığdığını görür. O, qadından bir qab su istəyir. Qadın su gətirməyə gedəndə İlyas onu çağırıb deyir: «Zəhmət olmasa, mənə bir tikə çörək gətir». Ancaq qadın deyir: «Sənə çörək verə bilmərəm. Yalnız özümə və oğluma çörək bişirəcək qədər un və yağ var». İlyas ona deyir: «Narahat olma. Yehova söz verir ki, əgər mənə bir az çörək hazırlasan, yağış yağana qədər sənin unun və yağın qurtarmayacaq».

Dul qadın evə gedib Yehovanın peyğəmbəri üçün çörək hazırlayır. Yehova söz verdiyi kimi, quraqlıq vaxtı qadın və oğlu ac qalmır. Onların küplərindən un və yağ əskik olmur.

Bir müddət sonra pis bir hadisə baş verir. Dul qadının oğlu xəstələnib ölür. O, yalvarıb İlyas peyğəmbərdən kömək istəyir. İlyas uşağı qucağına götürüb evin yuxarı mərtəbəsindəki otağa  aparır. O, uşağı çarpayıya uzadıb dua edir: «Yehova, nə olar bu uşağı dirilt». Bilirsən, nəyə görə Yehovanın bu möcüzəsi heyrət doğurur? Çünki bildiyimizə görə, o vaxta qədər heç kim dirildilməmişdi. Üstəlik, dul qadınla oğlu israilli deyildi.

Ancaq uşaq dirilib nəfəs almağa başlayır! İlyas qadına deyir: «Bax! Oğlun sağdır». Qadın çox sevinir. O, İlyasa deyir: «Sən, həqiqətən də, Allah adamısan. Mən buna əminəm, çünki sən yalnız Yehovanın sözünü çatdırırsan».

«Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir. Siz isə quşlardan qat-qat qiymətlisiniz!» (Luka 12:24)