Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 49

Zalım məlikə İzəbil cəzalanır

Zalım məlikə İzəbil cəzalanır

Əhəb padşahın Yizraildəki sarayının pəncərəsindən Nabut adlı adamın üzüm bağı görünür. Əhəbin onun üzüm bağında gözü olur. O, bağı Nabutdan almaq istəyir. Amma Nabut bağını satmaqdan imtina edir, çünki bu torpaqlar ona miras qalmışdı və Yehovanın qanuna görə irs torpaqları satmaq olmazdı. Bəs Əhəb düzgün hərəkət etdiyi üçün Nabuta anlayış göstərir? Xeyr. O, çox qəzəblənir. O qədər dilxor olur ki, nə yatağından çıxır, nə də yemək yeyir.

Əhəbin zalım arvadı İzəbil ona deyir: «Sən İsrailin padşahısan. İstədiyin hər şeyi əldə edə bilərsən. Mən o torpağı Nabutun əlindən alıb sənə verəcəyəm». İzəbil şəhərin ağsaqqallarına məktub yazıb deyir ki, Nabutu Allahı lənətləməkdə təqsirkar çıxarıb daşqalaq etsinlər. Ağsaqqallar İzəbilin dediyi kimi edirlər. Sonra İzəbil Əhəbə deyir: «Nabut öldü. Onun üzüm bağı artıq sənindir».

Nabut İzəbilin qurbanı olan yeganə insan deyil. İzəbil Yehovaya xidmət edən çoxlu insanları öldürtdürüb. İzəbil bütlərə sitayiş edib pis işlərlə məşğul olur. Yehova İzəbilin gördüyü bütün pis işlərdən agahdır. Bəs Yehova onun cəzasını verəcək?

Əhəbin ölümündən sonra oğlu Yəhuram taxta çıxır. Yehova Yəhu adlı xidmətçisini göndərir ki, İzəbil və ailəsini cəzalandırsın.

Yəhu arabasına minib İzəbilin yaşadığı şəhərə, Yizrailə gəlir. Yəhuram öz arabası ilə gəlib onu qarşılayır. O, Yəhudan soruşur: «Gəlişin xeyirdir?» Yəhu deyir: «Anan İzəbilin pis işləri olan yerdə hansı xeyirdən danışmaq  olar?» Yəhuram arabasını döndərib qaçmaq istəyir. Amma Yəhu onu oxla vurub öldürür.

Sonra Yəhu İzəbilin sarayına gedir. Yəhunun gəldiyini eşidəndə İzəbil bəzənib-düzənib yuxarı pəncərədə onu gözləyir. Yəhu gələndə İzəbil onu alçaldıcı şəkildə salamlayır. Yəhu yuxarı eyvanda duran İzəbilin xidmətçilərinə deyir: «Onu aşağı atın!» Onlar İzəbili aşağı atırlar. İzəbil yerə yıxılıb ölür.

Daha sonra Yəhu Əhəbin 70 oğlunu öldürür və ölkəni Baala ibadətdən təmizləyir. Görürsən, heç nə Yehovadan gizli qalmır və O, pislik edənlərin cəzasını verir.

«Tamahla yiyələnmiş mirasın sonda xeyir-bərəkəti olmaz» (Məsəllər 20:21)