Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 42

Cəsur və vəfalı Yonatan

Cəsur və vəfalı Yonatan

Talut padşahın böyük oğlu Yonatan cəsur döyüşçüdür. Davud Yonatan haqda deyir ki, o, qartal kimi sürətli, şir kimi güclüdür. Günlərin bir günü Yonatan təpədə 20 filiştli əsgər görür. O, silahdaşına deyir: «Yalnız Yehova bizə işarə versə, biz onlara hücum edə bilərik. Əgər filiştlilər bizə desələr ki, yuxarı qalxın, onda başa düşəcəyik ki, onlara hücum edə bilərik». Filiştlilər qışqırırlar: «Yuxarı qalxın döyüşək!» Beləcə, bu iki nəfər yuxarı qalxıb əsgərləri məğlub edir.

Yonatan Talutun böyük oğlu olduğu üçün növbəti padşah o olmalıdır. Ancaq Yonatan Yehovanın Davudu padşah seçdiyini bilsə də, ona paxıllığı tutmur. Yonatanla Davud yaxın dostdurlar. Onlar söz verirlər ki, bir-birilərini qoruyub, müdafiə edəcəklər.  Yonatan xələtini, qılıncını, ox-kamanını və dostluq rəmzi olaraq kəmərini çıxarıb Davuda verir.

Davud Talutdan qaçanda Yonatan onun yanına gəlib deyir: «Cəsarətli, möhkəm ol. Yehova səni padşah seçib. Hətta atam da bunu bilir». Sən də, Yonatan kimi, yaxşı dostsan?

Dəfələrlə Yonatan dostuna kömək etmək üçün həyatını riskə atır. O, Talut padşahın Davudu öldürmək istədiyini bilir, buna görə də atasına deyir: «Davudun nə günahı var?! Onu öldürməklə günaha batarsan». Talut Yonatana qəzəblənir. Bir neçə il sonra Talut və Yonatan müharibədə həlak olurlar.

Yonatanın ölümündən sonra Davud Yonatanın oğlu Mefiboşeti soraqlayıb tapır. Davud Mefiboşetə deyir: «Atan çox yaxşı dost idi, buna görə də mən sənin qeydinə qalacağam. Sən mənim sarayımda yaşayacaqsan və mənim süfrəmdə yemək yeyəcəksən». Davud dostu Yonatanı heç vaxt unutmur.

«Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur» (Yəhya 15:12, 13)