Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 41

Davud və Talut

Davud və Talut

Davud Calutu öldürəndən sonra Talut padşah onu orduya başçı qoyur. Davud döyüşlərdə çoxlu qələbə çalır və ad-san qazanır. Günlərin bir günü Davud döyüşdən qayıdanda qadınlar rəqs edə-edə onu qarşılayıb oxuyurlar: «Talut qırdı minləri, Davudsa on minləri!» Bu sözləri eşidən Talutun Davuda paxıllığı tutur. Onu öldürmək istəyir.

Davud yaxşı çəng çalır. Bir gün Davud Talut üçün çəng çalanda Talut ona nizə atır. Davud cəld çəkilir və nizə divara batır. Bundan sonra da Talut Davudu öldürməyə çalışır. Davud məcbur qalıb çöllükdə gizlənir.

Talut 3000 nəfərlik qoşun götürüb Davudu təqib edir. Talut gəlib Davud və adamlarının gizləndiyi mağaraya girir. Adamları Davuda astadan deyir:  «Talutu öldürməyin əsl vaxtıdır». Davud xəlvətcə Taluta yaxınlaşıb onun padşahlıq xələtinin ətəyindən kəsir. Talut isə bunu hiss etmir. Amma sonradan Davud Yehovanın seçdiyi padşaha hörmətsizlik etdiyinə görə çox peşman olur. O, adamlarının Taluta hücum etməsinə icazə vermir. Davud hətta Talutu səsləyib deyir: «Səni öldürə bilərdim, amma öldürmədim». Bəs Talut Davudu öldürmək fikrindən daşınır?

Xeyr. Talut Davudu yenə də təqib edir. Bir gecə Davud və silahdaşı Abşay xəlvətcə Talutun düşərgəsinə girir. Həmin gecə hətta Talutun keşikçisi Abnur da yatır. Abşay deyir: «Əla fürsətdir! İzin ver onu öldürüm». Davud cavab verir: «Yehova Özü onunla haqq-hesab çəkəcək. Gəl onun nizəsini və su kuzəsini götürək».

Davud Talutun düşərgəsinin göründüyü yaxınlıqdakı dağa qalxır. O qışqırır: «Abnur, niyə padşahını qorumursan? Talutun kuzəsi və nizəsi hanı?» Talut Davudun səsini tanıyır və deyir: «Sən məni öldürə bilərdin, amma öldürmədin. Bilirəm, İsrailin növbəti padşahı sən olacaqsan». Talut sarayına geri dönür. Talutun ailəsində Davudu çox istəyən insanlar da var.

«İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. Əzizlərim, siz qisasınızı almayın, Allahın qəzəbinə yer verin» (Romalılara 12:18, 19)