Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 43

Davudun günahı

Davudun günahı

Talutun vəfatından sonra Davud taxta çıxır. Padşah olanda onun 30 yaşı var idi. Padşah olandan bir neçə il sonra bir axşam o, sarayın damından gözəl bir qadın görür. Davud öyrənir ki, bu qadının adı Badsəbadır. O, Uryay adlı döyüşçünün arvadıdır. Davud Badsəbanı sarayına gətizdirir və onunla əxlaqsızlıq edir. Badsəba hamilə qalır. Davud etdiyi hərəkəti gizlətməyə çalışır. O, ordu başçısına deyir ki, Uryayı döyüşün qızmar nöqtəsinə göndərsin və döyüşçülər onun yanından çəkilsinlər ki, düşmənlər onu vurub öldürsünlər. Uryayın ölümündən sonra Davud Badsəba ilə evlənir.

Yehova Allah onun bütün bu pis hərəkətlərini görür. Bəs O nə edir? Natan peyğəmbəri Davudun yanına göndərir. Natan peyğəmbər deyir: «Varlı bir adamın çoxlu sürüsü olur, kasıb adamın isə çox sevdiyi balaca bir quzusu. Bir gün varlı adam yazıq kasıbın bircə quzusunu əlindən alır». Bunu eşidən Davud əsəbiləşib deyir: «Varlı adam ölməlidir!» Bu zaman Natan Davuda deyir: «Həmin varlı adam sənsən!» Davud çox pərişan olur. O, Natana deyir: «Yehovaya qarşı günah etmişəm». Bu günah Davuda və ailəsinə dərd gətirir. Yehova Davudu cəzalandırır, amma öldürmür, çünki Davud səhvini boynuna alır.

Davud Yehova üçün məbəd tikmək istəyir, ancaq Yehova bu iş üçün Davudun oğlu Süleymanı seçir. Davud Süleyman üçün  hazırlıqlar görməyə başlayır və deyir: «Yehovanın məbədi əzəmətli olmalıdır. Ancaq Süleyman hələ cavandır, ona görə də mən onun üçün hazırlıq görəcəyəm». Davud tikinti işi üçün çoxlu pul ianə edir. O, işçilər tutur. Qızıl, gümüş toplayır, Sur və Sidondan sidr ağacları gətizdirir. Ölümünə yaxın Davud Süleymana məbədin layihəsini verir. O deyir: «Yehova mənə tapşırdı ki, bunları sənin üçün yazım. Yehova sənə kömək olacaq. Qorxma. Möhkəm ol və işə başla».

«Günahlarını ört-basdır edən xeyir tapmaz, günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər» (Məsəllər 28:13)