Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 29

Yehova Yuşəni seçir

Yehova Yuşəni seçir

Musa peyğəmbər uzun illər İsrail xalqına başçılıq edir. Ölümqabağı Yehova ona deyir: «İsrailliləri Vəd edilmiş diyara sən aparmayacaqsan. Ancaq Mən oranı sənə göstərəcəyəm». Musa Yehovadan xahiş edir ki, xalqa başçılıq etmək üçün başçı seçsin. Yehova Musa peyğəmbərə deyir: «Get Yuşəyə de ki, onu başçı seçmişəm».

Musa xalqa tezliklə öləcəyini xəbər verir və onlara deyir ki, xalqı Vəd edilmiş diyara aparması üçün Yehova Yuşəni seçib. Sonra Musa Yuşəyə deyir: «Qorxma. Yehova sənə kömək edəcək». Bu hadisədən qısa müddət sonra Musa Nəba dağının başına çıxır. Orada Yehova İbrahimə, İshaqa və Yaquba vəd verdiyi diyarı Musaya göstərir. Musa 120 yaşında ölür.

Yehova Yuşəyə deyir: «İordan çayını keçib, Kənan torpağına get. Musaya kömək etdiyim kimi, sənə də kömək edəcəyəm. Qanunlarımı hər gün oxu. Qorxma. Cəsur ol. Sənə əmr etdiyim hər şeyi et».

 Yuşə Əriha şəhərinə iki kəşfiyyatçı göndərir. Orada nə baş verdiyi haqda növbəti hekayədə daha çox öyrənəcəyik. Onlar geri qayıdanda deyirlər ki, Kənan diyarına getmək üçün əlverişli vaxtdır. Səhərisi gün Yuşə xalqa çadırları yığmağı tapşırır. Sonra İordan çayını keçmək üçün Şəhadət sandığını daşıyan kahinləri qabaqda göndərir. Həmin vaxt çay gur axır. Ancaq kahinlər ayaqlarını suya qoyan kimi çay dayanır və uzaqda yığın halında durur! Kahinlər çayın ortasında dayanır və xalq çayın o tayına keçir. Səncə, bu möcüzə Qırmızı dənizdəki möcüzəni xatırlatmır?

Nəhayət, uzun illərdən sonra israillilər Vəd edilmiş diyara gəlib çatır. Onlar burada evlər, şəhərlər tikir, əkin sahələri yaradır, üzüm bağları, meyvə bağları salırlar. Bu diyar süd və bal axan diyar kimi tanınır.

«Yehova daim bələdçin olacaq, quraq torpaqda da səni doyuracaq» (Əşiya 58:11)