Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 27

İsraillilər Yehovaya üsyan edir

İsraillilər Yehovaya üsyan edir

Bir müddət keçəndən sonra israillilər səhrada olanda Qarun, Datan, Abiram və 250 nəfər Musaya qarşı üsyan qaldırırlar. Onlar Musaya deyirlər: «Əlindən boğaza yığılmışıq! Xeyir ola bizim başçımız sən, baş kahin isə Harun olmalıdır? Yehova təkcə səninlə və Harunla deyil, hər birimizlədir». Onların bu hərəkətindən Yehovanın xoşu gəlmir. Yehova bu hərəkəti Özünə qarşı üsyan sayır!

Musa Qaruna və tərəfdarlarına deyir: «Buxurdanınıza buxur töküb sabah Hüzur çadırına gəlin. Yehova kimi seçdiyini göstərəcək».

Səhəri gün Qarun və 250 nəfər Hüzur çadırında Musa ilə görüşürlər. Onlar kahinlərmiş kimi buxurdanları yandırırlar. Yehova Musa ilə Haruna deyir: «Qarun və adamlarının yanından uzaqlaşın».

Qarun Hüzur çadırına Musanın yanına gəlsə də, Datan, Abiram və onların ailəsi oraya gəlmirlər. Yehova Allah israillilərə deyir ki, Qarun, Datan və Abiramın çadırlarından uzaqlaşsınlar.  İsraillilər də cəld oradan uzaqlaşırlar. Datan, Abiram və onların ailəsi isə çadırlarının qabağında dururlar. Qəfildən yer aralanır və onları udur! Hüzur çadırının qarşısına göydən od düşüb Qarunu və 250 nəfəri yandırır.

Sonra Yehova Musa peyğəmbərə deyir: «Hər qəbilənin başçısının əsasını götürüb, üstlərinə adlarını yaz. Ancaq Lavi qəbiləsinin əsasının üstünə Harunun adını yaz. Sonra onları Hüzur çadırına qoy. Kimin əsası tumurcuqlasa, deməli, onu seçmişəm».

Səhərisi gün Musa peyğəmbər bütün əsaları götürüb başçılara göstərir. Harunun əsası tumurcuqlayıb, çiçək açır. Beləcə, Yehova Harunu baş kahin seçdiyini açıq-aşkar göstərir.

«Sizə rəhbərlik edənlərə itaət edin, onlara tabe olun» (İbranilərə 13:17)