Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

 DƏRS 24

İsraillilər sözlərinin üstündə durmurlar

İsraillilər sözlərinin üstündə durmurlar

Yehova Musa peyğəmbərə deyir: «Dağa, yanıma qalx. Mən daş lövhələrə qanunlarımı yazıb, sənə verəcəyəm». Musa dağa qalxır və 40 gün, 40 gecə orada qalır. Musa orada olanda Yehova iki daş lövhəyə on əmr yazıb ona verir.

Bir müddət sonra israillilər düşünürlər ki, Musa onları atıb qaçıb. Onlar Haruna deyirlər: «İstəyirik başçımız olsun. Bizə allah düzəlt!» Harun deyir: «Qızıllarımızı mənə gətirin». O, qızılları əridib, dana formasında büt düzəldir. Xalq deyir: «Bizi Misirdən çıxaran Allah bu danadır!» Onlar qızıl danaya səcdə edib, onun üçün şənlik keçirirlər. İsraillilər düz edirlər? Xeyr, çünki onlar yalnız Yehovaya ibadət edəcəklərinə söz vermişdilər. Amma belə etməklə onlar sözlərinin üstündə durmurlar.

 Yehova onların bu hərəkətini görüb, Musa peyğəmbərə deyir: «Aşağı düş. Onlar sözümdən çıxıb saxta allaha ibadət edirlər». Musa iki daş lövhəni də götürüb cəld dağdan enir.

Musa düşərgəyə yaxınlaşanda xalqın nəğmə oxuduğunu eşidir. Sonra onların rəqs edib, danaya baş əydiklərini görür. Musa çox qəzəblənir. O, lövhələri yerə çırpır. Lövhələr parça-parça olur. Musa tez bütü məhv edir. Sonra Harundan soruşur: «Bu camaat sənə nə edib ki, onları belə böyük günaha sürüklədin?» Harun cavab verir: «Əsəbiləşmə. Sən bu xalqı tanıyırsan. Onlar allah istəyirdilər, mən də qızılı oda atdım və oddan bu dana çıxdı». Harun düz hərəkət etmir. Musa təzədən dağa qalxır və Yehovaya yalvarır ki, xalqın günahını bağışlasın.

Yehova Ona itaət edənləri bağışlayır. Görürsən, israillilərin Musa peyğəmbərin sözündən çıxmamaları nə qədər vacib idi?

«Allaha nəzir deyəndə yerinə yetirməyə yubanma, çünki Onun ağılsızlardan xoşu gəlmir. Nəzirini yerinə yetir» (Vaiz 5:4)