Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 26

On iki kəşfiyyatçı

On iki kəşfiyyatçı

İsraillilər Sina dağını tərk edib Fəran səhrasından Qədis ərazisinə gedirlər. Orada Yehova Allah Musa peyğəmbərə deyir: «İsraillilərə vəd etdiyim Kənan torpağını gözdən keçirmək üçün oraya hər qəbilədən bir nəfər olmaq şərtilə 12 nəfər göndər». Musa 12 nəfər seçib onlara deyir: «Kənan diyarına gedin və orada yetişən meyvələrdən gətirin. Baxın görün oranın camaatı zəifdir, yoxsa güclü, çadırlarda yaşayırlar, yoxsa evlərdə». Aralarında Yuşənin və Kalibin olduğu 12 kəşfiyyatçı Kənana yola düşür.

40 gündən sonra kəşfiyyatçılar əllərində qara əncir, nar və üzüm geri qayıdırlar. Onlar bildirirlər ki, «ora çox gözəl yerdir, ancaq xalqı çox güclüdür, şəhər də hündür divarlarla əhatə olunub». Sonra Kalib deyir: «Biz onlara qalib gələ bilərik. Gəlin vaxt itirməyək, elə indi duraq gedək». Bilirsən, Kalib niyə belə deyir? Çünki o və Yuşə Yehovaya güvənirlər. Ancaq digər on kəşfiyyatçı etiraz edir: «Yox! Oranın xalqı nəhənglərdir».

İsraillilər ora getməyə ürək etmirlər. Onlar deyinməyə başlayıb, bir-birilərinə deyirlər: «Gəlin özümüzə başqa başçı seçib, Misirə qayıdaq. Niyə oraya gedib ölək?» Yuşə ilə Kalib isə  deyirlər: «Yehovanın sözündən çıxmayın. Cəsur olun. Yehova bizi qoruyacaq». Ancaq israillilər onlara qulaq asmırlar. Hətta onlar Yuşə ilə Kalibi öldürmək istəyirlər!

Bəs Yehova Allah nə edir? O, Musaya deyir: «İsraillilər üçün bu qədər şey etməyimə baxmayaraq, yenə də mənə qulaq asmırlar. Ona görə də 40 il səhrada yaşayıb, orada öləcəklər. Yalnız onların uşaqları və Yuşə ilə Kalib vəd etdiyim torpaqda yaşayacaqlar».

«Niyə qorxdunuz, ey az imanlılar?» (Mətta 8:26)