Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 9

Həsrətlə gözlənilən oğul!

Həsrətlə gözlənilən oğul!

İbrahim peyğəmbərlə Sara uzun illərdir evlidirlər. Onlar Urdakı rahat evlərini qoyub, çadırlarda yaşayırlar. Sara vəziyyətindən şikayətçi deyil. O, Yehovaya güvənir.

Sara övladının olmasını o qədər çox istəyir ki, İbrahimə deyir: «Qulluqçum Həcərin uşağı olsa, heç olmaya bu yolla övlad sahibi olaram». Bir müddətdən sonra Həcərin oğlu olur. Onun adını İsmayıl qoyurlar.

Uzun illər sonra, İbrahimin 99, Saranın isə 89 yaşı olanda onlara üç qonaq gəlir. İbrahim onları dəvət edir ki, gəlib ağacın dibində dincəlsinlər, bir tikə çörək yesinlər. Bilirsən, bu qonaqlar kimlər olur? Onlar mələklər olur! Mələklər İbrahimə deyirlər: «Gələn il bu vaxtı sizin bir oğlunuz olacaq». Həmin vaxt Sara çadırda olur. O, ürəyində gülüb deyir: «Hay-hayım gedib, vay-vayım qalıb».

Bir ildən sonra, Yehovanın mələyinin də dediyi kimi, Saranın oğlu olur. İbrahim onun adını «gülüş» mənasını verən İshaq qoyur.

 İshaq beş yaşında olanda Sara İsmayılın onu ələ saldığını görür. O, öz oğlunu qorumaq üçün İbrahimə deyir ki, Həcərlə İsmayılı uzaqlara göndərsin. Əvvəl-əvvəl İbrahim bunu etmək istəmir. Ancaq Yehova İbrahimə deyir: «Saraya qulaq as. Mən İsmayılın qayğısına qalacağam. Amma verdiyim sözü İshaq vasitəsilə yerinə yetirəcəyəm».

«Sara da, imanı sayəsində... uşağa qalmaq üçün güc aldı, çünki vəd verənin etibarlı olduğuna inanırdı» (İbranilərə 11:11)