Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 8

İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir

İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir

Babil şəhərindən elə də uzaqda olmayan Ur şəhərinin sakinləri Yehovaya yox, çoxlu bütlərə ibadət edir. Ancaq bu şəhərdə yalnız bir nəfər Yehova Allahı sevir. Onun adı İbrahimdir.

Yehova Allah İbrahimə deyir: «Evini və qohumlarını tərk edib, sənə göstərəcəyim yerə get». Sonra Allah söz verir: «Səndən böyük millət törəyəcək. Sənin vasitənlə bütün xalqlara xeyirxahlıq edəcəyəm».

İbrahim Yehovanın onu hara göndərdiyini bilmir, ancaq Ona güvənir. Buna görə də İbrahim, arvadı Sara, atası Tarix və  qardaşı oğlu Lut Allahın buyruğuna əməl edir, əşyalarını toplayaraq uzun səfərə çıxırlar.

İbrahim Yehovanın dediyi yerə gəlib çatanda 75 yaşında idi. Həmin yer Kənan torpağı adlanır. Orada Allah İbrahimlə danışıb ona söz verir: «Gördüyün bütün bu torpaqları sənin övladlarına verəcəyəm». Ancaq İbrahim və Sara yaşlı olurlar. Həm də ki, onların uşağı yoxdur. Bəs onda Yehova verdiyi sözü necə yerinə yetirəcək?

«İbrahim, imanı sayəsində... itaət edib miras alacağı torpağa yollandı. O, hara getdiyini bilməsə də, yola düşdü» (İbranilərə 11:8)