Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 7

Babil qülləsi

Babil qülləsi

Daşqından sonra Nuhun nəvələri olur. Onların ailələri böyüyür və Yehovanın tapşırdığı kimi yer üzünə yayılmağa başlayır.

Ancaq bəzi ailələr Yehovanın sözünə qulaq asmır. Onlar deyirlər: «Gəlin şəhər salıb orada yaşayaq. Şəhərdə başı göylərə çatan bir qüllə tikib məşhur olaq».

 Onların bu hərəkəti Yehovaya acıq gedir və O qərara gəlir ki, bu işi dayandırsın. Bilirsən, O nə edir? O, dərhal insanların dillərini dəyişir və insanlar bir-birilərini başa düşmürlər. Buna görə də tikinti dayanır. Tikdikləri şəhərin adı «qarışdırma» mənasını daşıyan Babil olur. İnsanlar dağılışıb dünyanın digər yerlərində yaşamağa başlayır. Bəs görəsən, hələ də Yehovanı sevən kimsə var? Növbəti hekayədən bu haqda öyrənəcəyik.

«Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək» (Luka 18:14)