Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 102

Yəhyanın görüntüləri

Yəhyanın görüntüləri

Həvari Yəhya Patmos adasında həbsdə olanda İsa ona gələcəklə bağlı 16 hissədən ibarət görüntü və ya təsvir göstərir. Bu görüntülər Yehovanın adının müqəddəs tutulmasını, Onun Padşahlığının gəlməsini və iradəsinin göydə olduğu kimi yerdə də necə yerinə yetəcəyini açıqlayır.

Bir görüntüdə Yəhya Yehova Allahı göydəki əzəmətli taxtında görür. Taxtın ətrafında ağ paltar geyinmiş və başlarında qızıl tac olan 24 ağsaqqal dayanır. Taxtdan ildırım çaxır və şimşək səsi eşidilir. 24 ağsaqqal Yehovanın önündə baş əyir və Ona ibadət edir. Digər bir görüntüdə Yəhya bütün millətlərdən, xalqlardan, dillərdən olan və Yehova Allaha ibadət edən insanları görür. İsanı təmsil edən Quzu onları otarır və həyat suyu olan yerə aparır. Növbəti görüntüdə İsa 24 ağsaqqalla birlikdə göydə padşahlıq etməyə başlayır. Başqa bir görüntüdə isə Yəhya İsanın Şeytanı təmsil edən əjdaha və onun cinləri ilə döyüşdüyünü görür. İsa onları göydən yer üzünə atır.

 Sonra Yəhya Quzunun və 144 000 nəfərin Sion dağında dayandığını göstərən gözəl bir təsvir görür. O, həmçinin göyün üzü ilə uçaraq insanlara: «Allahdan qorxun, Onun əzəmətindən qorxun», — deyən bir mələyi görür.

Növbəti görüntüdə Yəhya Armageddon müharibəsini görür. Bu müharibədə İsa və ordusu Şeytanın pis dünyası üzərində qələbə qazanır. Sonuncu görüntüdə isə Yəhya göydə və yerdə sülh olduğunu görür. Şeytan və onun tərəfdarları tamamilə məhv edilir. Göydə və yerdə olan hər kəs Yehovanın adını müqəddəs tutur və yalnız Ona ibadət edir.

«“Səninlə qadın arasına, sənin övladınla onun övladı arasına düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan”» (Yaradılış 3:15)