Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 97

Kornili müqəddəs ruh alır

Kornili müqəddəs ruh alır

Qeysəriyyədə Kornili adlı Roma ordusunun sayılıb-seçilən bir yüzbaşısı yaşayır. Yəhudi olmasa da, yəhudilər ona hörmət edirlər. O, kasıblara, ehtiyacı olanlara yardım göstərir. Kornili Yehovaya inanır və ona davamlı olaraq dua edir. Bir gün bir mələk Korniliyə görünüb deyir: «Allah sənin dualarını eşitdi. Butrus adlı adamın yaşadığı Yaffa şəhərinə adam göndər və xahiş et ki, yanına gəlsin». Kornili dərhal təxminən 50 kilometr cənubda yerləşən Yaffa şəhərinə üç nəfər göndərir.

Elə həmin vaxt Butrus Yaffada bir görüntü görür. Butrus görüntüdə yəhudilərin yemələri qadağan olunan heyvanları görür və bir səs ona həmin heyvanları yeməsini söyləyir. Butrus imtina edərək deyir: «Axı mən heç vaxt murdar heyvan yeməmişəm». Ancaq səs ona söyləyir: «Bu heyvanlara murdar demə. Allah onları təmiz edib». Səs yenə ona söyləyir: «Qapıda üç nəfər durub. Onlarla get». Butrus qapıya gedir və adamlardan nəyə görə gəldiklərini soruşur. Onlar cavab verirlər: «Bizi Roma ordusunun yüzbaşısı Kornili göndərib. Sən bizimlə Qeysəriyyəyə, onun evinə getməlisən». Butrus onlara gecəni evində qalmağa  dəvət edir. Səhəri gün Butrus bir neçə qardaşı da götürüb həmin adamlarla birgə Qeysəriyyəyə gedir.

Kornili Butrusu görəndə onun qabağında diz çökür. Ancaq Butrus deyir: «Ayağa qalx. Mən də sənin kimi insanam. Allah mənə dedi ki, sənin evinə gəlim, halbuki yəhudilər başqa millətdən olan adamların evinə getmirlər. İndi de görüm məni niyə çağırmısan?»

Kornili Butrusa deyir: «Dörd gün əvvəl mən Allaha dua etmişdim və bir mələk mənə dedi ki, sənin dalınca adam göndərim. Nə olar, bizə Yehovanın Sözlərini öyrət». Butrus deyir: «Mən başa düşdüm ki, Allah ayrı-seçkilik etmir. O, ona ibadət etmək istəyən hər kəsi qəbul edir». Butrus onlara İsa Məsih haqda çox şey öyrədir. Sonra Kornilinin və onun yanındakı adamların üzərinə müqəddəs ruh enir və onlar vəftiz olurlar.

«Hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:35)