Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 103

«Qoy Padşahlığın gəlsin»

«Qoy Padşahlığın gəlsin»

Yehova Allah söz verib: «İnsanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».

Yehova Allah Adəmlə Həvvanı yaradıb, Ədən bağına qoydu. Yehova istəyirdi ki, onlar əmin-amanlıq və xoşbəxtlik içində yaşasınlar. Onlar göylərdəki Atalarına ibadət etməli və övladlar dünyaya gətirib yer üzünü doldurmalı idilər. Ancaq Adəmlə Həvva Yehova Allahın sözünə qulaq asmadılar, buna baxmayaraq, Yehova niyyətindən dönmədi. Bu kitabda biz Allahın verdiyi bütün vədlərin gerçəkləşdiyini gördük. İbrahim peyğəmbərə vəd etdiyi kimi, Yehovanın Padşahlığı yer üzünə möhtəşəm xeyir-bərəkət gətirəcək.

Tezliklə Şeytan, onun mələkləri və bütün pis insanlar məhv olacaq. Hər kəs Yehova Allaha ibadət edəcək.  Biz nə xəstələnəcəyik, nə də öləcəyik. Əksinə, hər səhər yuxudan gümrah oyanacaq və həyatdan zövq alacağıq. Dünya cənnətə dönəcək. Hamının sağlam qidası, qəşəng evi olacaq. İnsanlar artıq qəddar, zalım olmayacaq, əksinə, xeyirxah olacaqlar. Vəhşi heyvanlar bizi qorxutmayacaq, heç biz də onlardan qorxmayacağıq.

Yehova Allahın ölüləri diriltməsi heyrətamiz hadisə olacaq. Biz Habil, Nuh, İbrahim, Sara, Musa, Rut, Əstər, Davud kimi, qədimdə yaşamış insanları görəcəyik. Onlar bizimlə birgə Yeri cənnətə döndərəcəklər. Bizi bir-birindən maraqlı işlər gözləyir.

Yehova Allah səni də orada görmək istəyir. Sən Yehova ilə çox yaxın dost olacaqsan. Bəlkə də, indi bunu heç ağlına belə gətirə bilməzsən! Gəlin Yehova Allaha günbəgün, indi və əbədiyyən daha da yaxınlaşaq!

«Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:11)