Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

XIV hissə

XIV hissə

Birinci əsrdə yaşayan məsihilər Padşahlıq haqda xoş xəbəri dünyanın ən ucqar yerlərinə kimi çatdırmışdılar. İsa Məsih onları təbliğ etməli olduqları yerlərə yönləndirmiş və onlara möcüzəvi şəkildə müxtəlif dillərdə təbliğ etmək qabiliyyəti vermişdi. Yehova isə məsihilərə cəsarət və şiddətli təqiblərin öhdəsindən gəlmək üçün güc vermişdi.

İsa Məsih görüntüdə həvari Yəhyaya Yehovanın əzəmətini göstərmişdi. Digər bir görüntüdə isə Yəhya göydəki Padşahlığın Şeytan üzərində qələbə qazandığını və onun hakimiyyətinə əbədilik son qoyduğunu görmüşdü. Yəhya İsanın Padşah kimi idarə etdiyini və onun 144 000 hakimiyyət şərikini də görmüşdü. O, həmçinin bütün yer üzünün cənnətə çevrildiyini və oradakı bütün insanların Yehovaya sülh və birlik içində ibadət etdiklərini görmüşdü.

BU BÖLMƏDƏ

DƏRS 94

Şagirdlər müqəddəs ruh alır

Müqəddəs ruh onlara hansı möcüzəvi gücü verir?

DƏRS 95

Onları heç nə susdura bilmir

İsa Məsihi öldürən din xadimləri indi də şagirdləri susdurmağa çalışırlar.

DƏRS 96

İsa Məsih Şaulu həvari seçir

Şaul məsihilərin qəddar düşməni idi, lakin sonradan o dəyişir.

DƏRS 97

Kornili müqəddəs ruh alır

Nəyə görə Allah Butrusu yəhudi olmayan bu adamın evinə göndərir?

DƏRS 98

Məsihilik bir çox xalqlara yayılır

Həvari Bulus və onun əməkdaşları uzaq ərazilərdə təbliğ edirlər.

DƏRS 99

Zindan gözətçisi Məsihə iman gətirir

Cin, zəlzələ və qılıncın bu hekayə ilə hansı əlaqəsi var?

DƏRS 100

Bulus və Timuti

Onlar uzun illər dost və əməkdaş kimi birgə çalışırlar.

DƏRS 101

Bulusu Romaya göndərirlər

Səyahət çox təhlükəli keçir, ancaq heç bir çətinlik bu həvarinin qətiyyətini sındıra bilmir.

DƏRS 102

Yəhyanın görüntüləri

İsa Məsih Yəhyaya gələcəklə bağlı görüntülər göstərmişdi.

DƏRS 103

«Qoy Padşahlığın gəlsin»

Yəhyanın gördüyü görüntülər Allahın Padşahlığının gələcəkdə yer üzündəki həyatı necə dəyişəcəyini göstərir.