Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 93

İsa Məsih göyə qayıdır

İsa Məsih göyə qayıdır

İsa Məsih Cəlilədə davamçıları ilə görüşür. O, onlara vacib tapşırıq verir: «Gedin və bütün xalqların içində şagird hazırlayın. Sizə öyrətdiyim şeyləri onlara da öyrədin və onları vəftiz edin». Sonra isə söz verir: «Unutmayın, mən həmişə sizinlə olacağam».

Diriləndən sonra 40 gün ərzində İsa Cəlilədə və Yerusəlimdə yüzlərlə şagirdinə görünür. O, onlara vacib dərslər öyrədir və çoxlu möcüzələr göstərir. Sonra İsa Məsih axırıncı dəfə Zeytun dağında həvariləri ilə görüşür. O deyir: «Yerusəlimdən uzaqlaşmayın. Atamın söz verdiyi şeyi gözləyin».

Həvarilər onun nə demək istədiyini başa düşmürlər. Onlar soruşurlar: «Sən indi İsrailin padşahı olacaqsan?» İsa cavab verir: «Yehovanın məni padşah təyin edəcəyi vaxt hələ gəlməyib. Tezliklə müqəddəs ruh vasitəsilə güc alacaqsınız və mənim şahidlərim olacaqsınız. Gedin Yerusəlimdə, Yəhudiyyədə, Səməriyyədə və hətta yerin uzaq ərazilərində təbliğ edin».

Sonra İsa göyə qaldırılır və bulud onu örtüb görünməz edir. Şagirdləri isə hələ də onun ardınca baxırlar, ancaq o, artıq gözdən itmişdi.

Şagirdlər Zeytun dağından enib Yerusəlimə qayıdırlar. Onlar həmişə evin yuxarı otağında görüşür və dua edirlər. Şagirdlər İsanın növbəti göstərişlərini gözləyirlər.

«Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14)