Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 76

İsa Məsih Yehovanın evinin qeyrətini çəkir

İsa Məsih Yehovanın evinin qeyrətini çəkir

Eramızın 30-cu ilinin yazında İsa Məsih Yerusəlimə gedir. Pasxanı qeyd etmək üçün oraya çoxlu adam gəlib. Bayramda camaat qurban kəsmək üçün məbədə heyvan gətirir. Kimisi heyvanı özü ilə gətirir, kimisi isə Yerusəlimdən alır.

İsa Məsih məbədə girəndə heyvan satanları görür. Onlar pul qazanmaq üçün Yehovanın ibadət evini bazara çeviriblər! Bunu görəndə İsa qəzəblənir. O, kəndirdən qamçı düzəldib qoyunları məbəddən qovur. İsa Məsih pul dəyişənlərin masasını  çevirir. Onların pulları yerə tökülür. O, göyərçin satanlara deyir: «Yığışdırın bunları buradan! Atamın evini bazara çevirməyin!»

İsa Məsihin məbəddə etdiklərini görən camaat məəttəl qalır. İsanın şagirdləri Məsihlə bağlı bu peyğəmbərliyi xatırlayırlar: «Yehovanın evinin qeyrətini çəkəcəyəm».

Eramızın 33-cü ilində İsa Məsih məbədi ikinci dəfə təmizləyir. O, heç kimə icazə vermir ki, Atasının evinə hörmətsizlik etsinlər.

«Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz» (Luka 16:13)