Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 80

İsa Məsih on iki həvarisini seçir

İsa Məsih on iki həvarisini seçir

İsa Məsih bir il yarım təbliğ edəndən sonra vacib qərar verməli olur. Kimləri özünə əməkdaş seçsin? Məsihi yığıncağını idarə etmələri üçün kimlərə təlim keçsin? Bu məsələlərlə bağlı qərar vermək üçün İsanın Yehovanın köməyinə ehtiyacı olur. Buna görə də o, tək qalmaq üçün dağa gedir, bütün gecəni dua edir. Səhər İsa bəzi şagirdlərini yanına çağırır və 12 həvarisini seçir. Onların adları yadındadır? 12 həvarinin adı belədir: Butrus, Andreas, Yaqub, Yəhya, Filip, Bartolmay, Tomas, Alfayın oğlu Yaqub, Taday, Şimon və Yəhuda İskəryut.

Andreas, Butrus, Filip, Yaqub

Bu on iki həvari İsa ilə birlikdə səyahət edir. İsa Məsih onları öyrədəndən sonra təbliğ etməyə göndərir. Yehova onlara cinləri qovmaq və xəstələri sağaltmaq gücü verir.

Yəhya, Mətta, Bartolmay, Tomas

İsa Məsih on iki həvarisini dostları adlandırır və onlara etibar edir. Fərisilər fikirləşirlər ki, həvarilər təhsilsiz, avam adamlardır. Ancaq İsa təbliğlə bağlı hər şeyi onlara öyrətmişdi. Həvariləri İsanın həyatının ən vacib anlarında, ölənə qədər də,  diriləndən sonra da onun yanında idilər. İsa Məsih kimi, on iki həvarinin əksəriyyəti də Cəlilədəndir. Onlardan bəziləri evlidir.

Alfayın oğlu Yaqub, Yəhuda İskəryut, Taday, Şimon

Həvarilər qeyri-kamil olduqlarından, səhvləri də olur. Bəzən onlar düşünmədən danışırlar, səhv qərarlar verirlər. Bəzən səbirsiz olurlar. Onlar hətta kimin daha üstün olması ilə bağlı mübahisə etmişdilər. Buna baxmayaraq onlar yaxşı insanlardır, Yehovanı sevirlər. İsa göyə qalxandan sonra məsihi yığıncağının əsasını onlar təşkil edəcəklər.

«Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim» (Yəhya 15:15)