Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 72

Yeniyetmə İsa

Yeniyetmə İsa

Yusif və Məryəm uşaqları ilə birgə Nasirədə yaşayır. Yusif dülgərlik edib ailəsini dolandırır. O, həmçinin ailəsinə Yehova və Onun qanunları haqda öyrədir. Yusif həmişə ailəsi ilə birgə sinaqoqa ibadət etməyə gedir. Onlar hər il Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gedirlər.

İsanın 12 yaşı olanda onun ailəsi, həmişəki kimi, Yerusəlimə uzun səfərə yola düşür. Şəhər Pasxa bayramını keçirməyə gəlmiş insanlarla dolu olur. Bayram qurtarandan sonra Yusif və Məryəm geri, Nasirəyə yola düşürlər. Onlar fikirləşirlər ki, İsa Nasirəyə qayıdan camaatın içindədir. Amma qohumları arasında onu axtarıb tapa bilmirlər.

Onlar İsanı tapmaq üçün Yerusəlimə qayıtmalı olurlar. Yusiflə Məryəm üç gün İsanı axtarırlar. Axırda onu məbəddə tapırlar. Həmin vaxt İsa məbəddə müəllimlərin arasında oturub diqqətlə onlara qulaq asır və maraqlı suallar verir. Müəllimlər o qədər  təəccüblənirlər ki, İsaya sual verməyə başlayırlar. Onlar İsanın verdiyi cavablara heyran qalırlar. Müəllimlər görürlər ki, İsa Yehovanın qanunlarını başa düşür.

Yusif və Məryəm İsaya görə çox narahat olmuşdular. Onlar İsanı tapanda Məryəm deyir: «Bala, hər yerdə səni axtarmışıq! Harada idin?» İsa cavab verir: «Bilmirsiniz ki, mən burada, Atamın evində olmalıyam?»

İsa valideynləri ilə Nasirəyə evlərinə qayıdır. Bir müddət sonra Yusif İsaya dülgərliyi öyrədir. Səncə, İsa necə yeniyetmə idi? O, böyüdükcə daha da müdriklik qazanır və həm insanların, həm də Allahın gözündə ucalır.

«Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram, qanunun qəlbimdədir» (Zəbur 40:8)