Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 73

Yəhya yol hazırlayır

Yəhya yol hazırlayır

Zəkəriyyə ilə İlsəbanın oğlu Yəhya böyüyəndə peyğəmbər olur. Yehova Məsihin gəlişini insanlara Yəhya vasitəsilə çatdırır. Yəhya sinaqoqlarda, yaxud şəhərlərdə yox, çöllükdə təbliğ edir. Camaat Yerusəlimdən və Yəhudiyyədən gəlib Yəhyaya qulaq asır. Yəhya onlara öyrədir ki, Allahı razı salmaq üçün onlar pis əməllərindən dönməlidirlər. Ona qulaq asandan sonra çoxları günahlarından tövbə edir. Yəhya həmin insanları İordan çayında vəftiz edir.

Yəhya sadə həyat sürür. O, dəvə yunundan paltar geyinir, çəyirtkə və çöl balı yeyir. Yəhyanın kim olduğu camaata maraqlı gəlir. Hətta qürurlu fərisilər və saddukilər onu görməyə gəlirlər. Yəhya onlara deyir: «Yollarınızdan dönün, günahlarınızdan tövbə edin. Elə hesab etməyin ki, siz xüsusi insanlarsınız. Siz İbrahimin övladları olduğunuzu deyirsiniz, amma bu, o demək deyil ki, siz Allahın övladlarısınız».

Bir çoxları Yəhyanın yanına gəlib soruşurlar: «Allahı razı salmaq üçün nə etməliyik?» Yəhya yəhudilərə cavab verir: «Əgər iki paltarınız varsa, birini ehtiyacı olana verin». Səncə, o nəyə görə belə deyir? Çünki Yəhya istəyir ki, onlar Allahı razı salmaq üçün insanları sevməli olduqlarını başa düşsünlər.

Yəhya vergiyığanlara deyir: «Vicdanla davranın və heç kimi aldatmayın». Əsgərlərə isə deyir: «Heç kəsdən rüşvət götürməyin, yalan danışmayın».

 Kahinlər və lavililər də Yəhyanın yanına gəlib ondan soruşurlar: «Sən kimsən? Hamı sənin kim olduğunu bilmək istəyir». Yəhya cavab verir: «Əşiya peyğəmbərin dediyi, insanları Yehovaya tərəf yönəldən çöllükdəkinin səsiyəm».

Camaat Yəhyanın təlimlərini bəyənir. Çoxlarına maraqlıdır ki, görəsən, Yəhya Məsihdir? Ancaq Yəhya onlara deyir: «Məndən daha güclüsü gəlir. Mən onun ayağındakı səndəlin bağını açmağa belə layiq deyiləm. Mən sizi su ilə vəftiz edirəm, o isə sizi müqəddəs ruhla vəftiz edəcək».

«O, şəhadət vermək üçün gəlmişdi. O, nur haqqında şəhadət verəcəkdi ki, hər cür insan onun vasitəsilə iman gətirsin» (Yəhya 1:7)