Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

XI hissə

XI hissə

Bu hissədə İncildəki hadisələrdən bəhs edilir. İsa Məsih sadə ailədə doğulmuşdu. O, kiçik bir şəhərdə boya-başa çatmışdı. İsa Məsih atası ilə birgə dülgər işləyirdi. O, insanları xilas edə biləcək yeganə şəxs idi. Yehova onu göylərdəki Padşahlığın padşahı seçib. Valideynlər, Yehovanın İsa Məsihin böyüyəcəyi ailəni və mühiti necə diqqətlə seçdiyini uşaqlarınıza başa salın. Həmçinin izah edin ki, Yehova İsa Məsihi onu öldürmək istəyən Hiroddan necə qorudu. Vurğulayın ki, heç bir şey Yehovaya niyyətini yerinə yetirməyə mane ola bilməz. Bu hissədə siz həmçinin Yehovanın İsa Məsihə yol hazırlamaq üçün Yəhyanı seçməsi haqda öyrənəcəksiniz. İsanın hətta uşaq yaşlarından Yehovanın müdrikliyini sevdiyini diqqət yetirin.

BU BÖLMƏDƏ

DƏRS 68

İlsəbanın uşağı olur

Nəyə görə İlsəbanın əri izah edir ki, uşaq olana qədər danışa bilməyəcək?

DƏRS 69

Cəbrayıl mələk Məryəmə görünür

Mələyin verdiyi xəbər Məryəmin həyatını dəyişir.

DƏRS 70

Mələklər İsanın doğulduğunu xəbər verir

Xəbəri eşidən çobanlar dərhal hərəkətə keçirlər.

DƏRS 71

Yehova İsanı qoruyur

Bir pis padşah İsanı öldürtmək istəyir.

DƏRS 72

Yeniyetmə İsa

Necə olur ki, məbəddəki müəllimlər təəccüblənir?

DƏRS 73

Yəhya yol hazırlayır

Yəhya böyüyəndə peyğəmbər olur. O, insanlara Məsihin gəlişi haqda öyrədir. Bəs insanlar onun çatdırdığı xəbərə necə münasibət göstərirlər?