Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 64

Dənyal şirlər quyusunda

Dənyal şirlər quyusunda

Babilin digər bir padşahı madalı Daradır. Dənyal Daranın rəğbətini qazanır. O, Dənyalı Babildəki nüfuzlu insanlar üzərində başçı təyin edir. Bu adamlar Dənyala paxıllıq etdikləri üçün onu aradan götürmək istəyirlər. Onlar bilirlər ki, Dənyal gündə üç dəfə Yehovaya dua edir, ona görə də Daraya belə deyirlər: «Ey padşah, elə bir qanun imzala ki, hamı yalnız sənə dua etsin. Əgər kimsə bu qanuna itaət etməsə, şirlərlə dolu quyuya atılsın». Dara bu fikri bəyənir və həmin qanunu imzalayır.

Dənyal yeni qanun barədə eşidəndə evinə gedir. Evinin açıq pəncərəsinin önündə diz çökərək Yehova Allaha dua edir. Həmin paxıl adamlar qəfil onun evinə soxulur və onu Allaha dua edən yerdə tuturlar. Onlar tez Daranın yanına qaçıb deyirlər: «Dənyal sənin verdiyin qanunu pozdu. O, gündə üç dəfə öz Allahına dua edir». Dara Dənyalın xətrini çox istəyir və onun ölməyini istəmir. O, bütün günü fikirləşir ki, Dənyalı necə xilas etsin. Amma imzalanmış qanunu hətta padşahın özü də dəyişdirə bilməz. O əmr etməlidir ki, Dənyalı vəhşi şirlər olan quyuya atsınlar.

 Həmin gecə Dara Dənyaldan ötrü o qədər narahat olur ki, gözünə yuxu getmir. Səhər açılan kimi o, quyuya tərəf qaçır və Dənyalı çağırır: «Allahın səni qorudu?»

Dara bir səs eşidir. Bu, Dənyalın səsidir! O, Daraya deyir: «Yehovanın mələyi şirlərin ağzını bağladı. Onlar mənə heç bir xətər yetirmədilər». Dara buna çox sevinir! O əmr verir ki, Dənyalı quyudan çıxarsınlar. Dənyalın bədənində bir dənə də olsun cırmaq izi yox idi. Sonra isə padşah əmr verir: «Dənyalı quyuya atdıran adamların özlərini quyuya atın». Bu adamlar quyuya düşən kimi şirlər onları parçalayır.

Daha sonra Dara xalqa belə bir əmr verir: «Hamı Dənyalın Allahından qorxsun. O, Dənyalı şirlərdən qorudu».

Sən də, Dənyal kimi, hər gün Yehovaya dua edirsən?

«Bəli, Yehova mömin bəndələri sınaqlardan necə qurtarmağı... yaxşı bilir» (2 Butrus 2:9, 10)