Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 2

Allah ilk kişi ilə qadını yaradır

Allah ilk kişi ilə qadını yaradır

Yehova Allah yerdə bir bağ salır və bağın adını Ədən qoyur. Bu bağda çoxlu güllər, ağaclar, heyvanlar var. Sonra Allah torpaqdan ilk insan olan Adəmi yaradır və burnuna nəfəs üfürür. Bilirsən, sonra nə olur? Adəm yaşamağa başlayır! Yehova Adəmi bağın ortasına qoyur və ona tapşırır ki, heyvanlara ad versin.

Yehova Adəmə vacib tapşırıq verir. O, Adəmə deyir: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən, ancaq bir ağacın meyvəsindən yemə. Əgər bu meyvədən yesən, öləcəksən».

Sonra Yehova Allah deyir: «Adəmə köməkçi yaradacağam». Yehova Adəmi dərin yuxuya verir və onun qabırğasından birini götürüb Adəm üçün arvad yaradır. Onun adı Həvva olur. Adəm və Həvva yer üzündəki ilk ailə olur. Adəm arvadını görəndə  hansı hissləri keçirir? O, çox sevinir və deyir ki, «gör Yehova mənim qabırğamdan nə yaratdı! O, mənə bənzəyir».

Yehova Adəmlə Həvvaya tapşırır ki, dünyaya uşaqlar gətirib yer üzünü doldursunlar. Allah istəyir ki, onlar yer üzünü Ədən bağı kimi gözəlləşdirsinlər. Amma təəssüf ki, belə olmur. Növbəti hekayədə bu haqda daha çox öyrənəcəyik.

«Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb» (Mətta 19:4)