Bizi Yehova Allah yaradıb. O, bizim gördüyümüz və görmədiyimiz hər şeyi yaradıb. Gördüyümüz şeyləri yaratmazdan əvvəl, Yehova çoxlu mələklər yaratmışdı. Bilirsən, mələklər kimlərdir? Onlar Yehovanın Öz bənzərində yaratdığı varlıqlardır. Allahı görə bilmədiyimiz kimi, onları da görə bilmirik. Yehova ilk yaratdığı mələyi Özünə köməkçi seçmişdi. Həmin mələk Yehovaya ulduzları, planetləri və digər şeyləri yaratmaqda kömək etmişdi. Bu planetlərdən biri bizim gözəl evimiz olan Yer kürəsidir.

Sonra Yehova insanların və heyvanların yaşaya bilməsi üçün yer üzündə şərait qurdu. O, Yer kürəsini işıqlandırmaq üçün Günəşi yaratdı. Allah həmçinin dağları, okeanları və çayları yaratdı.

Bəs sonra nə oldu? Yehova Allah dedi: «İndi Mən otları, bitkiləri və ağacları yaradacağam». Yerdə növbənöv meyvələr, tərəvəzlər və güllər bitdi. Sonra Yehova heyvanları — göydə uçan, suda üzən, yerdə sürünən heyvanları yaratdı. O, dovşan kimi balaca və fil kimi böyük heyvanlar yaratdı. Sən ən çox hansı heyvanı xoşlayırsan?

Sonra Yehova Allah yaratdığı ilk mələyə dedi: «Gəl insan yaradaq». İnsanlar heyvanlardan fərqlənməli idi. Onların danışmaq, gülmək və dua etmək bacarığı olmalı idi. Onlar  təbiəti qorumalı və heyvanların qayğısına qalmalı idilər. Bilirsən, ilk insan kim olub? Gəl öyrənək.

«Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1)