Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

I hissə

I hissə

Müqəddəs Kitabdakı hadisələr yerin, göyün yaranmasından başlayır. Bu kitabda Yehova Allahın yaratdığı gözəlliklərdən bəhs edilir. Valideynlər, övladlarınıza Allahın yaratdığı əsrarəngiz şeylərdən danışın. Övladlarınıza Allahın insanı heyvanlardan daha üstün şəkildə, düşünmək, danışmaq, yaratmaq, mahnı oxumaq və dua etmək bacarıqları ilə yaratdığını baş salın. Onlara kömək edin ki, Yehovanın gücünü, hikmətini, xüsusilə də, məhəbbətini — hər birimizə şəxsən bəslədiyi məhəbbətini dərk etsinlər.

BU BÖLMƏDƏ

DƏRS 1

Allah göyü və yeri yaratdı

Müqəddəs Kitabda deyilir ki, Allah göyü və yeri yaratdı. Bilirsən, hər şeyi və hər kəsi yaratmazdan qabaq O, hansı mələyi yaratdı?

DƏRS 2

Allah ilk kişi ilə qadını yaradır

Allah ilk kişi və qadını yaradıb Ədən bağına qoyur. O istəyir ki, onlar ailə olub bütün yer üzünü cənnət etsinlər.