Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

Bu nəşr vasitəsilə siz keçmişə səyahət edəcək və Müqəddəs Kitabdakı yaradılış mövzusu, İsa Məsihin doğulması və xidməti, Allahın Padşahlığının gəlməsi və digər mövzularla tanış olacaqsınız.

Rəhbərlik Şurasından məktub

Kitabın istifadəsinə dair rəhbərlik.

DƏRS 1

Allah göyü və yeri yaratdı

Müqəddəs Kitabda deyilir ki, Allah göyü və yeri yaratdı. Bilirsən, hər şeyi və hər kəsi yaratmazdan qabaq O, hansı mələyi yaratdı?

DƏRS 2

Allah ilk kişi ilə qadını yaradır

Allah ilk kişi və qadını yaradıb Ədən bağına qoyur. O istəyir ki, onlar ailə olub bütün yer üzünü cənnət etsinlər.

DƏRS 3

Adəmlə Həvva Allahın sözünə qulaq asmır

Ədən bağındakı həmin ağacı xüsusi edən nədir? Nəyə görə Həvva həmin ağacın meyvəsindən yeyir?

DƏRS 4

Qardaş qatili

Allah Habilin qurbanını qəbul edir, Qabilin qurbanını isə yox. Qabil bunu görəndə çox qəzəblənir və günah iş görür.

DƏRS 5

Nuhun gəmisi

Pis mələklər yerdəki qadınlarla evləndi və onların nəhəng, zorakı oğulları oldu.

DƏRS 6

Səkkiz nəfər sağ qalır

40 gün, 40 gecə yağış yağır. Nuh və ailəsi bir ildən çox gəmidə qalır. Axırda Allah onlara gəmidən çıxmağı tapşırır.

DƏRS 7

Babil qülləsi

İnsanların bir çoxu bir şəhər və başı göylərə çatan bir qüllə tikirlər. Nəyə görə Allah dərhal onların dilini dəyişir?

DƏRS 8

İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir

Nəyə görə İbrahimlə Sara şəhərdəki həyatlarını qoyub Kənan torpağına yola düşür?

DƏRS 9

Həsrətlə gözlənilən oğul!

Allah İbrahimlə bağlı vədini necə həyata keçirəcək? Bu vədə İbrahimin hansı oğlu daxildir: İshaq, yoxsa İsmayıl?

DƏRS 10

Lutun arvadını yadına sal

Allah Sədum və Həmurənin üstünə od yağdırır. Nəyə görə bu şəhərlər məhv edildi? Nəyə görə Lutun arvadını yadımıza salmalıyıq?

DƏRS 11

İman sınağı

Allah İbrahimə deyir: «Yeganə oğlunu götür və Muriyyə diyarındakı dağda mənə qurban gətir». İbrahim bu iman sınağından necə çıxır?

DƏRS 12

Yaqub ilk oğulluq haqqını əldə edir

İshaqla Rəfəqənin Eys və Yaqub adlı əkiz oğulları olur. Eys birinci doğulduğu üçün mirasın çoxu onun olur. Niyə o, bu mirası bir kasa şorbaya dəyişir?

DƏRS 13

Yaqubla Eys barışır

Yaqub mələkdən necə xeyir-dua alır? Yaqub Eyslə necə barışır?

DƏRS 14

Bir qulun hekayəsi

Yusif düzgün davransa da, hələ də çox əziyyət çəkir. Niyə?

DƏRS 15

Yehova Yusifi darda qoymur

Yusif ailəsindən uzaq olsa da, Allah onunladır.

DƏRS 16

Əyyub peyğəmbərin həyatı

Ən çətin vaxtlarda belə, o, Yehovaya sadiq qaldı.

DƏRS 17

Musa Yehovaya ibadət etməyi seçir

Musa körpə olanda anasının ağıllı hərəkəti sayəsində sağ qalır.

DƏRS 18

Yanar kol

Nəyə görə kol alov içində olsa da, yanıb kül olmur?

DƏRS 19

İlk üç bəla

Fironun qüruru xalqının başına bəla gətirir.

DƏRS 20

Növbəti altı bəla

Bu bəlalar ilk üç bəladan nə ilə fərqlənir?

DƏRS 21

Onuncu bəla

Bu bəla hətta fironun qürurunu da sındırır və firon israilliləri buraxır.

DƏRS 22

Qırmızı dənizdə baş verən möcüzə

Firon on bəladan sağ çıxmışdı. Bəs o, Qırmızı dənizdə baş verən hadisədən qurtula bilir?

DƏRS 23

İsraillilər Yehovaya söz verir

İsraillilər Sina dağında düşərgə salanda Allaha xüsusi söz verirlər.

DƏRS 24

İsraillilər sözlərinin üstündə durmurlar

Musa on əmri götürməyə gedəndə xalq günah edir.

DƏRS 25

İbadət çadırı

Bu xüsusi çadıra Şəhadət sandığı qoyulur.

DƏRS 26

On iki kəşfiyyatçı

Yuşə və Kalib Kənan diyarını gözdən keçirməyə gedən digər on kəşfiyyatçıdan fərqlənir.

DƏRS 27

İsraillilər Yehovaya üsyan edir

Qarun, Datan, Abiram və 250 nəfər Yehova haqda vacib bir faktı anlamırlar.

DƏRS 28

Bələmin eşşəyi danışır

Eşşək Bələmin gözünə görünməyən bir şeyi görür.

DƏRS 29

Yehova Yuşəni seçir

Allah Yuşəyə təlimat verdiyi kimi, bizə də kömək edəcək

DƏRS 30

Rahab kəşfiyyatçıları gizlədir

Əriha şəhərinin divarları uçur. Ancaq Rahabın evi divara bitişik olsa da, onun evinə xətər dəymir.

DƏRS 31

Yuşə və gibyonlular

Yuşə Allaha dua edir: «Dayan, ey günəş!» Bəs Allah bu duaya cavab verir?

DƏRS 32

Yeni başçı və cəsarətli iki qadın

Yuşənin ölümündən sonra israillilər bütlərə sitayiş etməyə başlayırlar. Bununla da ölkədə vəziyyət çətinləşir. Ancaq Bərəq, Dəburə peyğəmbər və Yail xalqa kömək edir.

DƏRS 33

Rut və Naimə

Ərləri ölən iki qadın İsrailə geri qayıdır. Onlardan biri olan Rut işləmək üçün zəmiyə gedir. Buəz adlı kişi orada onu müşahidə edir.

DƏRS 34

Cədun mədyəniləri məğlub edir

Mədyənilər israillilərin gününü qara edir. Buna görə də xalq yalvarıb Yehovadan kömək istəyir. Cədun kiçik qoşunla 135 000 nəfərlik düşmən qoşununu necə məğlub edir?

DƏRS 35

Hənnənin oğul həsrəti

Əlqəna Hənnəni, Fəninəni və uşaqlarını götürüb Şilodakı Hüzur çadırında ibadət etməyə gedir. Orada Hənnə oğul istəyini Yehovaya bildirir. Bir il sonra İşmuil doğulur!

DƏRS 36

İftah nəzir deyir

İftah nə nəzir deyir və niyə? İftahın qızı atasının nəzirinə necə münasibət göstərir

DƏRS 37

Yehova İşmuillə danışır

Baş kahin Əlinin iki oğlu Hüzur çadırında kahin kimi xidmət edirlər, ancaq onlar Yehovanın qanunlarına əməl etmirlər. Kiçik İşmuil isə onlardan fərqlənir. Bir gecə Yehova İşmuillə danışır.

DƏRS 38

Yehova Şimşona güc verir

Allah Şimşonu güclü edir ki, filiştlilərlə döyüşsün, ancaq Şimşon səhv edir və filiştlilər onu tuturlar.

DƏRS 39

İsrailin ilk padşahı

Allah israillilərə onları idarə etmək üçün hakimlər vermişdi, ancaq israillilər padşah istəyirlər. İşmuil Talutu ilk padşah elan edir, amma sonralar Yehova padşahlığı Talutun əlindən alır. Niyə?

DƏRS 40

Davud və Calut

Yehova Davudu İsrailin növbəti padşahı seçir. Davud bu seçimin doğru olduğunu göstərir.

DƏRS 41

Davud və Talut

Talut Davuda niyə nifrət edir və bu nifrət özünü necə büruzə verir?

DƏRS 42

Cəsur və vəfalı Yonatan

Padşahın oğlu Davudun yaxın dostu idi.

DƏRS 43

Davudun günahı

Səhv seçim bəlalara qapı açır.

DƏRS 44

Yehovanın məbədi

Allah Süleyman padşahın xahişini qəbul edir və onu böyük şərəfə çatdırır.

DƏRS 45

Padşahlıq bölünür

İsraillilərin çoxu Yehovaya xidmət etmir.

DƏRS 46

Karmel dağındakı sınaq

Həqiqi Allah kimdir? Yehova, yoxsa Baal?

DƏRS 47

Yehova İlyası qüvvətləndirir

Səncə, Yehova səni də qüvvətləndirə bilər?

DƏRS 48

Dul qadının oğlu dirilir

Bir evdə iki möcüzə baş verir!

DƏRS 49

Zalım məlikə İzəbil cəzalanır

İzəbil Nabutun üzüm bağını ələ keçirmək üçün onu öldürtdürür! Onun etdiyi pisliklər və ədalətsizliklər Yehova Allahın gözündən yayınmır.

DƏRS 50

Yehova Yəhuşafatı qoruyur

Düşmənlər Yəhudanı hədələyəndə Yəhuşafat padşah Allah dua etdi.

DƏRS 51

Ordu başçısı və balaca qız

Balaca israilli ağasına Yehova Allahın möcüzəvi gücündən danışır.

DƏRS 52

Yehovanın alovdan olan ordusu

Necə olur ki, Əlyəsənin nökəri onlarla olanların düşmənlərindən çox olduğunu görür?

DƏRS 53

Yəhyadayın cəsarəti

Sadiq kahin pis məlikəyə qarşı çıxır.

DƏRS 54

Yehova Yunusa səbir edir

Necə olur ki, nəhəng bir balıq Yehovanın peyğəmbərini udur? O, balığın qarnından necə çıxır? Yehova bu peyğəmbərə hansı ibrət dərsini verir?

DƏRS 55

Yehovanın mələyi Hizqiyyəni qoruyur

Yəhudanın düşmənləri deyirlər ki, Yehova Öz xalqını qorumayacaq, ancaq onlar yanılırlar!

DƏRS 56

Yuşiyyə Allahın qanunlarını sevir

Yuşiyyə səkkiz yaşında padşah olur və xalqa Yehovaya ibadət etməyə kömək edir.

DƏRS 57

Yehova Ərəmya peyğəmbəri təbliğ etməyə göndərir

Ərəmyanın dedikləri ağsaqqalları qəzəbləndirir.

DƏRS 58

Yerusəlim darmadağın olur

Yəhudalılar və Yerusəlimlilər saxta allahlara ibadət etməkdən əl çəkmədikləri üçün Yehova onları tərk edir.

DƏRS 59

Yehovaya itaət edən dörd oğlan

Gənc yəhudilər Babildə saray məmuru olsalar da Yehovaya sadiq qalmaqda qəti qərarlı idilər.

DƏRS 60

Əbədiyyən hökm sürəcək Padşahlıq

Dənyal Navuxodonosorun qəribə yuxusunun mənasını izah edir.

DƏRS 61

Onlar heykələ baş əymirlər

Sədrah, Misah və Abidnağu Babildəki qızıl heykələ baş əymirlər.

DƏRS 62

Padşahlığı təmsil edən böyük ağac

Navuxodonosorun gördüyü yuxu onun gələcəyindən xəbər verirdi.

DƏRS 63

Divardakı yazı

Sirli yazı nə vaxt peyda olur və onun mənası nədir?

DƏRS 64

Dənyal şirlər quyusunda

Dənyal kimi, sən də hər gün Yehovaya dua et!

DƏRS 65

Əstər xalqını xilas edir

Əstər yad millətdən olsa da, yetimlikdən məlikəliyə ucalır.

DƏRS 66

Üzeyir peyğəmbər Allahın qanunlarını xalqa öyrədir

İsraillilər peyğəmbər Üzeyirə qulaq asandan sonra Allaha söz verirlər.

DƏRS 67

Yerusəlim divarları

Nəhəmya düşmənləri hücum planından xəbər tutur. Nəyə görə o qorxmur?

DƏRS 68

İlsəbanın uşağı olur

Nəyə görə İlsəbanın əri izah edir ki, uşaq olana qədər danışa bilməyəcək?

DƏRS 69

Cəbrayıl mələk Məryəmə görünür

Mələyin verdiyi xəbər Məryəmin həyatını dəyişir.

DƏRS 70

Mələklər İsanın doğulduğunu xəbər verir

Xəbəri eşidən çobanlar dərhal hərəkətə keçirlər.

DƏRS 71

Yehova İsanı qoruyur

Bir pis padşah İsanı öldürtmək istəyir.

DƏRS 72

Yeniyetmə İsa

Necə olur ki, məbəddəki müəllimlər təəccüblənir?

DƏRS 73

Yəhya yol hazırlayır

Yəhya böyüyəndə peyğəmbər olur. O, insanlara Məsihin gəlişi haqda öyrədir. Bəs insanlar onun çatdırdığı xəbərə necə münasibət göstərirlər?

DƏRS 74

İsa Məsih təyin olunur

Yəhya İsa haqda Allahın Quzusu deyəndə nəyi nəzərdə tuturdu?

DƏRS 75

Şeytan İsanı sınağa çəkir

Şeytan İsanı üç dəfə sınağa çəkir. Bunlar hansı sınaqlardır? İsa bu sınaqlardan necə çıxır?

DƏRS 76

İsa Məsih Yehovanın evinin qeyrətini çəkir

İsa Məsih nəyə görə qamçı ilə heyvanları məbəddən qovur və pul dəyişənlərin masalarını çevirir?

DƏRS 77

Quyunun yanındakı qadın

Səməriyyəli qadın İsa Məsihin onunla danışdığını görəndə niyə təəccüblənir? İsa Məsih nəyə görə həmin qadına o vaxta qədər heç kimə deməyi bir söz deyir?

DƏRS 78

İsa Məsih Padşahlıq xəbərini təbliğ edir

İsa Məsih bəzi balıqçıları şagirdi olmağa dəvət edir. Sonra isə 70 şagirdinə xoş xəbəri təbliğ etməyi öyrədir.

DƏRS 79

İsa Məsih çoxlu möcüzələr göstərir

İsa Məsih hara gedirsə xəstələr ondan kömək istəmək üçün yanına gəlir, o da onları sağaldır. O, hətta bir dəfə balaca bir qızı diriltmişdi.

DƏRS 80

İsa Məsih on iki həvarisini seçir

İsa onları nə üçün seçir? Onların adlarını bilirsən?

DƏRS 81

Dağüstü təbliğ

İsa camaata vacib dərs öyrədir.

DƏRS 82

İsa Məsih şagirdlərinə dua etməyi öyrədir

İsa şagirdlərinə nə haqda dua etməyi öyrətmişdi?

DƏRS 83

İsa Məsih minlərlə insana yemək verir

Bu möcüzə bizə Yehova və İsa Məsih haqda nəyi göstərir?

DƏRS 84

İsa Məsih suyun üstü ilə gəzir

Təsəvvür edirsən, həvarilər bu möcüzəni görəndə nə hiss edirlər?

DƏRS 85

İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır

Nəyə görə bu hadisə hamını sevindirmir?

DƏRS 86

İsa Məsih İlazəri dirildir

İsa Məsih Məryəmin ağladığını görüb ağlayır. Ancaq onların kədər göz yaşları çox keçməmiş sevinc göz yaşlarına çevrilir.

DƏRS 87

Ağanın şam yeməyi

İsa Məsih sonuncu şam yeməyində həvarilərinə vacib göstərişlər verdi.

DƏRS 88

İsa Məsihi tuturlar

Yəhuda İskəryut İsa Məsihi tutmaq üçün əllərində qılınc və dəyənək olan adamlarla gəlir.

DƏRS 89

Butrus İsa Məsihi danır

Qayafanın evinin həyətində nə baş verir? Bəs evin içində İsa ilə nə baş verir?

DƏRS 90

İsa Məsih Qolqotada ölür

Pilat nəyə görə İsanın öldürülməsini əmr edir?

DƏRS 91

İsa Məsih dirilir

İsa Məsihin ölümündən sonrakı günlərdə hansı möhtəşəm hadisələr baş verir?

DƏRS 92

İsa Məsih balıqçılara görünür

O şagirdlərin diqqətini çəkmək üçün nə edir?

DƏRS 93

İsa Məsih göyə qayıdır

İsa Məsih göyə qayıtmazdan əvvəl şagirdlərinə çox vacib əmr verir.

DƏRS 94

Şagirdlər müqəddəs ruh alır

Müqəddəs ruh onlara hansı möcüzəvi gücü verir?

DƏRS 95

Onları heç nə susdura bilmir

İsa Məsihi öldürən din xadimləri indi də şagirdləri susdurmağa çalışırlar.

DƏRS 96

İsa Məsih Şaulu həvari seçir

Şaul məsihilərin qəddar düşməni idi, lakin sonradan o dəyişir.

DƏRS 97

Kornili müqəddəs ruh alır

Nəyə görə Allah Butrusu yəhudi olmayan bu adamın evinə göndərir?

DƏRS 98

Məsihilik bir çox xalqlara yayılır

Həvari Bulus və onun əməkdaşları uzaq ərazilərdə təbliğ edirlər.

DƏRS 99

Zindan gözətçisi Məsihə iman gətirir

Cin, zəlzələ və qılıncın bu hekayə ilə hansı əlaqəsi var?

DƏRS 100

Bulus və Timuti

Onlar uzun illər dost və əməkdaş kimi birgə çalışırlar.

DƏRS 101

Bulusu Romaya göndərirlər

Səyahət çox təhlükəli keçir, ancaq heç bir çətinlik bu həvarinin qətiyyətini sındıra bilmir.

DƏRS 102

Yəhyanın görüntüləri

İsa Məsih Yəhyaya gələcəklə bağlı görüntülər göstərmişdi.

DƏRS 103

«Qoy Padşahlığın gəlsin»

Yəhyanın gördüyü görüntülər Allahın Padşahlığının gələcəkdə yer üzündəki həyatı necə dəyişəcəyini göstərir.